Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi | 21:05 Gəncədə ər "Temu"dan tez-tez sifariş verən arvadını bıçaqladı | 21:00 Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək | 20:53 Azərbaycanda işsizlərin sayı açıqlandı | 20:48 Məhkəmə Ramiz Əzizbəylinin kürəkəni barədə qərar verdi | 20:40 Bakıda kafedə insident oldu - Saxlanılanlar var | 20:35 Eduard Məmmədov Avropa çempionu oldu - 13-cü dəfə | 20:27 Azərbaycanda "zapravka"nın fəaliyyəti dayandırıldı - VİDEO | 20:22 Qanunsuz və qeydiyyatsız kəsim yerləri risk mənbəyidir - AQTA (VİDEO) | 20:14 Azərbaycan çempionatında XIII turun proqramı açıqlandı | 20:09 Motosikletlə məktəblini vurub qaçdı - VİDEO | 20:01 Ukraynanın eks-baş nazirinin müşavirinin maşını partladıldı - Moskvada | 19:56 Avtobusun iki gün əvvəl vurduğu piyada xəstəxanada öldü | 19:50 Müəllimlərin orta aylıq əməkhaqqı 1030 manat təşkil edir | 19:43 89 yaşlı şəxs ehtiyatsızlıqdan sirkə içərək öldü |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO)

13.11.2026 21:39 0
Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO)
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin foto və videolarını montaj edərək sosial şəbəkələrdə yayan, həmin materialların silinməsi müqabilində onlardan pul tələb edən şəxsi saxlayıblar.

Bu barədə DİN-dən məlumat verilib.


Bildirilib ki, keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 25 yaşlı İlkin Nəhmədov saxlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs "TikTok" və "Instagram" sosial şəbəkələrindən tələbələrə məxsus foto və videoları əldə edərək süni intellekt proqramları vasitəsilə montaj edib. O, görüntülərə təhqiramiz və rüsvayedici ifadələr əlavə etdikdən sonra onları yaratdığı saxta sosial şəbəkə hesablarında paylaşıb.

Daha sonra həmin materialların silinməsi müqabilində tələbələrdən pul tələb edib.

Faktla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Son xəbərlər