Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:05 Qanunsuz ovlanan nərə balıqları aşkarlandı | 22:00 Şənbə günü 21 dərəcə isti olacaq | 21:53 Mingəçevirdə həkim vəfat etdi | 21:48 Yasamalda park üçün nəzərdə tutulan ərazidə yaşayış binaları tikiləcək? - VİDEO | 21:40 Milyonçu futbolçular açıqlandı | 21:35 Rusiya bu ölkəyə nota verdi | 21:35 Şirvan sakini boyun nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirlib | 21:15 "Sabah" "Sumqayıt"ı darmadağın edərək liderliyə yüksəldi | 21:01 Dənizin altında 9500 illik itmiş şəhər tapıldı - Tarixi dəyişə bilər | 20:42 15 yaşlı qızın qaçırılması ilə bağlı yeni təfərrüat məlum olub | 20:28 Qətlə yetirilən Gülarənin atası danışdı - “Ayxan 2 ay idi gecələr yatmırdı” | 20:24 İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir | 20:10 Fərda İmanov vəzifəsindən azad olundu | 19:59 Xocalı soyqırımının şahidi doğma yurdunda dəfn olundu | 19:36 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb | 19:23 Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb | 19:16 Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib | 18:58 DTX-dən əməliyyat: Həbs edilənlər var | 18:50 “Göstəricilərin süni artırıldığı aşkarlansa, həmin ay mediaya yardım dayandırılacaq” | 18:44 Şəmkirdə kişini cərəyan vurub öldürdü |
Mojo.az Avto
Mojo.az Avto

Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - VİDEO

28.09.2026 20:09 351
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - VİDEO
Paytaxtın “Yeni Yasamal” yaşayış massivində, Dadaş Bünyadzadə küçəsi, 5 ünvanında yaşıllığın məhv edildiyi ilə bağlı xəbərlər yayılıb. İddia olunur ki, ərazidə qanunsuz hotel tikilir.

Ərazidə yaşayan sakinlər burada uzun müddətdir tikinti getdiyini, ancaq nəyin inşa olunduğunu bilmədiklərini söylədilər.

Sakinlər dedilər ki, hasara alınma ağaclara çox yaxın aparıldığından onların bəziləri quruyub.

Özünü mülkiyyətin sahibi kimi təqdim edən Elvira Kəsəmənli Xəzər Tv-yə rəsmi sənəd təqdim etdi və dedi ki, bura şəxsi evidir, əlində də rəsmi çıxarışı var.

Təxminən 400 kvadratmetrə yaxın ərazidə öz şəxsi mülkünü tikdiyini bildirən ev sahibi dedi ki, ərazinin digər hissəsi də qayınanasına məxsusdur. Bildirdi ki, ağacların bəzisinin quruması da təbii prosesdir.

Məsələ ilə əlaəqdar Yasamal Rayon İcra Hkaimiyyətindən bildirildi ki, ünvanda tikinti işi aparılmır və heç bir ağac da kəsilməyib.

Son xəbərlər