Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |     11:14 Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur  |     11:12 İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb  |     23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bir ərazidə sürüşmə təhlükəsi artıb - Video

28.04.2026 12:18 675
Bakıda bir ərazidə sürüşmə təhlükəsi artıb - Video
Yerə tökülən qaya parçaları, məhv olan ağaclar və tarazlığını itirən ərazi...

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, Bakıda daha bir ərazidə sürüşmə təhlükəsi yaranıb.

Sakinlərin sözlərinə görə, təhlükəli vəziyyət uzun müddətdir davam edir və ərazidə inşa olunmuş evlər üçün ciddi risk yaradır. Xüsusilə, evlərdən biri üçün təhlükə daha böyükdür. Bildirilir ki, bir müddət əvvəl sakinlərin müraciətindən sonra ərazidə bəndləmə işləri aparılıb.

Bu müdaxilədən sonra vəziyyət müvəqqəti olaraq stabilləşsə də, son günlər yağan intensiv yağışlar səbəbindən sürüşmə yenidən aktivləşib.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, güclü yağışlardan sonra Elşən Süleymanov küçəsi, 137/1 ünvanında torpaq qatının dayanıqlığı pozulub və ərazidə uzun illər əvvəl inşa olunmuş fərdi yaşayış evləri üçün sürüşmə təhlükəsi yaranıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinə rəsmi müraciət edilib.

Qeyd olunub ki, daha təhlükəli vəziyyətdə olan fərdi yaşayış evi uzun illər əvvəl özbaşına və qanunsuz şəkildə tikilib, bu səbəbdən onun heç bir sənədi yoxdur.

Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib. Araşdırma nəticəsində müəyyən olunub ki, ev tikinti norma və qaydalarının tələbləri pozulmaqla kəskin relyefli ərazidə inşa edilib. Məsələ ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb.

Son xəbərlər