Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur

28.10.2026 11:14 156
Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur
"UNESCO-nun 2026-cı il üzrə Qlobal Monitorinq Hesabatına əsasən, dünyada 73 milyon uşaq və gənc təhsildən kənarda qalır".

"BMT-Qadınlar" qurumunun icraçı direktorunun müavini Nyaradzayi Qumbonzvanda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Bilik, səs və liderlik: Ortaq gələcək üçün müxtəlif mədəniyyətlərdə qadın və qızların səlahiyyətləndirilməsi" adlı panel sessiyanın iştirakçılarına videomüraciətində deyib.

O bildirib ki, onların 183 milyonunu qızlar təşkil edir:

"Bu, həqiqətən də, olduqca böyük rəqəmdir. Dünya Bankının hesablamalarına görə, qızların təhsilinin tam təmin olunmaması ölkələrə itirilmiş vaxt, məhsuldarlıq və gəlirlər baxımından 15-30 trilyon dollar arasında iqtisadi itkiyə başa gələ bilər.

Çətinliklər yalnız təhsillə məhdudlaşmır. UNICEF-in məlumatına görə, hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur. 2030-cu ilədək uşaq nikahlarına son qoymaq üçün səylərimizi sürətləndirməliyik. Bu, dövrümüzün ən mühüm və davamlı problemlərindən biridir. Əslində, uşaq nikahı uşaqların hüquqlarının pozulması və cinsi istismarı ilə əlaqəli ciddi problemdir və cinayət əməli hesab olunur.

Rəqəmsal bərabərsizlik də bu sahədə ciddi maneələrdən biridir. 2025-ci ildə qadınların 71 faizi, kişilərin isə 77 faizi internetdən istifadə edib. Bu isə internetə çıxışı olan qadınların sayının kişilərlə müqayisədə təxminən 280 milyon nəfər az olması deməkdir".

Nyaradzayi Qumbonzvanda əlavə edib ki, qızların təhsili fundamental məsuliyyətdir:

"Bu sahəyə investisiya qoyuluşu isə ümumi rifahın paylaşılması deməkdir. Bu proses ilk növbədə təhsilə bərabər çıxış imkanlarının təmin edilməsindən başlamalıdır. Bununla yanaşı, qadınların maliyyə resurslarına, peşə bacarıqlarına və digər iqtisadi imkanlara çıxışı, həmçinin iqtisadi qərarların qəbulunda iştirak etmək gücü artırılmalıdır".

Son xəbərlər