Mojo.az Banner
17:28 Azərbaycanda qara kürü istehsalı 2 dəfədən çox artıb  |     17:27 Bəzi yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşır  |     17:18 Məhkəmə Ruslan Eyyubovla bağlı qərar verdi  |     17:13 Qubada birinci sinif şagirdinə məktəbdə TƏCAVÜZ EDİLİB - İDDİA  |     16:54 Azərbaycanda bir vəkilin fəaliyyəti dayandırıldı, digəri cərimələndi  |     16:45 Nəriman Axundzadənin komandası yeni mövsüm üçün məşqçilər heyətini açıqladı  |     16:35 Azərbaycanda qatarların yoluna tikinti daşları düzüldü: Dəhşətə salan GÖRÜNTÜLƏR (Yenilənib)  |     16:11 Bakıda sosial şəbəkələr vasitəsilə narkotik satan şəxslər TUTULDULAR - Video  |     16:01 Qış Olimpiya Oyunlarında xizək yarışı təxirə salınıb  |     16:00 Naxçıvan 5 milyonluq yeyintiyə görə sabiq vəzifəli şəxs HƏBS EDİLDİ  |     15:53 "Ege Hospital"a işə düzəltmək adı ilə dələduzluq edən şəxsə HÖKM OXUNDU  |     15:33 Nazirlik üzərliklə bağlı əhaliyə müraciət etdi  |     15:31 Ucarda zəncirvari qəza: Xəsarət alanlar var  |     15:16 Lerikdə I Qarabağ müharibəsinin itkin-şəhidi Nail Dənziyev dəfn edilib  |     15:10 Peruda müvəqqəti prezident seçildi  |     13:52 Bakıda qohumunun evindən oğurluq edən şəxs KAMERAYA DÜŞDÜ - Video  |     13:33 Pakistanda yaşayış binasında PARTLAYIŞ: Azı 16 nəfər öldü, xeyli yaralı var  |     13:32 Rusiya Ermənistanı hədələdi - Sergey Şoyqudan qəzəbli açıqlama  |     13:31 Prokurorluq Ruslan Eyyubovla bağlı məhkəməyə təqdimat göndərdi  |     13:30 Bakıdan Laçına avtobus reysi açılır  |    
Left Banner
Right Banner

Erkən nikahlara qarşı Hindistan modeli: Dövlət təhsildən yayınan qızlar üçün nə edə bilər?

15.10.2024 22:46 1 002
Erkən nikahlara qarşı Hindistan modeli: Dövlət təhsildən yayınan qızlar üçün nə edə bilər?
"Hindistanda erkən nikaha daxil olan qızların təhsilini davam etdirməsi üçün maliyyə dəstəyi alması pozitiv bir addımdır. Belə bir maliyyə dəstəyi həm qızların, həm də ailələrin erkən nikahların mənfi nəticələrini dərk etməsi və bu prosesin qarşısını almaq üçün bir motivasiya yaratmağa kömək edir".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Hindistanda erkən nikaha daxil olan qızlara dövlət tərəfindən təhsilini davam etdirmək üçün maliyyə yardımı ayrılması ilə bağlı qərardan danşarkən deyib.

Onun fikirincə, bu siyasət həmçinin erkən nikaha məruz qalan qızların təhsilini bərpa etməyi təşviq edir:

"Onların cəmiyyətdə bərabər şərtlərdə iştirakını təmin etməyə xidmət edir. Azərbaycanda erkən nikahlar geniş yayılmış bir problemdir. 2023-cü ilin məlumatlarına görə, erkən nikahların sayı xüsusilə kənd yerlərində daha yüksəkdir və qızların məktəbi yarımçıq tərk etməsinə səbəb olur. 2019-cu il statistikasına görə, Azərbaycanda 18 yaşdan aşağı nikaha daxil olan qadınların sayı 11,000 nəfəri keçib. Bu, təxminən bütün nikahların 10%-ni təşkil edir və ölkədə erkən nikahların böyük miqyasda mövcud olduğunu göstərir. Hindistan modelinə uyğun olaraq Azərbaycanda da erkən yaşda ailə həyatı quran qızların təhsil alması üçün dövlət tərəfindən maliyyə dəstəyi nəzərdə tutulsa, bu, cəmiyyətin iqtisadi və sosial inkişafı üçün böyük əhəmiyyət kəsb edərdi".

Kamran Əsədov hesab edir ki, Azərbaycan kimi ölkələrdə belə qanunların tətbiqi cəmiyyətin təhsil sisteminə olan yanaşmasını dəyişdirə bilər:

"Maliyyə dəstəyi yalnız təhsil almanın vacibliyini ön plana çıxartmaqla qalmır, həm də qızların təhsili üçün ailələrin məsuliyyət daşımasını artırır. Dövlətin bu sahədə maliyyə yardımını təklif etməsi, erkən nikahların zərərini azaltmaqla yanaşı, qızların gələcəkdə sosial-iqtisadi həyatda daha aktiv və müstəqil iştirak etmələrinə də şərait yaradar. Erkən nikaha daxil olan qızlar təhsil üçün dövlət dəstəyi alarsa, bu, həm cəmiyyətin təhsilə olan münasibətini dəyişdirə bilər, həm də qızların gələcəkdə iqtisadi və sosial həyatlarında daha güclü olmasını təmin edər. Təhsilli qadınların gələcəkdə işləmək və cəmiyyətə fayda vermək şansları daha çox olur və bu, ailələrinin və uşaqlarının rifahını da yüksəldir. Erkən nikah səbəbindən təhsildən uzaqlaşan qızlar dövlətin maliyyə dəstəyi ilə təhsillərini davam etdirə bilərlər. Bu, onların gələcəkdə daha yaxşı iş imkanlarına sahib olmalarına və öz iqtisadi müstəqilliqlərini qurmalarına kömək edər".



Eksperin sözlərinə görə, əgər erkən nikaha daxil olan qızlar təhsil üçün dövlət dəstəyi alırsa, bu, ailələrin erkən nikah qərarlarında daha diqqətli olmasına səbəb ola bilər:

"Təhsilin dəyərinin maliyyə ilə tanınması ailələrin nikahı təxirə salmasına və təhsilə daha çox önəm verməsinə yol açar. Təhsil yalnız iqtisadi imkanlar yaratmaqla yanaşı, qadınların cəmiyyətdəki sosial statusunu da artırır. Erkən nikaha daxil olan qızların təhsil almaları onların cəmiyyətdə daha fəal iştirak etməsinə, bərabər hüquqlar əldə etməsinə və stereotiplərin yıxılmasına kömək edər. Təhsilli qadınların övladları da daha çox təhsil almağa meyilli olurlar. Bu, bir nəsil sonra erkən nikahların və təhsilsizliyin yaratdığı dövriyyəni qıra bilər və təhsilə önəm verən daha güclü bir cəmiyyətin yaranmasına səbəb ola bilər".

Kamran Əsədov Azərbaycanda erkən nikahların qarşısını almaq və erkən yaşda ailə həyatı quran qızların təhsillərini davam etdirmək üçün dövlətin maliyyə dəstəyi verməsini əhəmiyyətli addım hesab edir:

"Bu həm cəmiyyətin təhsilə olan münasibətini dəyişdirər, həm də qızların gələcəkdə iqtisadi və sosial həyatlarında daha güclü olmasını təmin edər. Hindistanın bu sahədəki təcrübəsi Azərbaycan üçün örnək ola bilər, lakin bu qanunun uğurlu icrası üçün paralel olaraq ailələr və gənclər arasında təhsilin vacibliyi barədə maarifləndirici işlər də həyata keçirilməlidir. Erkən nikahın yaratdığı sosial, iqtisadi və təhsil problemlərinin həllində bu cür təşəbbüslərin həyata keçirilməsi uzunmüddətli olaraq daha bərabər və inkişaf etmiş bir cəmiyyətin yaranmasına kömək edəcəkdir".скачать dle 11.3
Mojo.az Banner