Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı | 11:40 Antonelli tarixdə ən gənc "Formula-1" çempionu oldu | 11:34 Bakı Dövlət Universitetinin dosenti vəfat etdi | 11:25 "Binance" istifadəçiləri vəsaitlərini kütləvi şəkildə çıxarırlar | 11:20 İsmayıllıda oğul söyüş söyən atasını öldürdü - Təfərrüat | 11:16 Bakıda evlər sökülür: Ağaclar, zirzəmi, hasarlara da pul verilir | 23:01 Sabah meteohəssas insanlar üçün hava necə olacaq? |
Mojo.az Avto
Mojo.az Avto

Yarımçıq təhsil və erkən nikah - ŞƏRH

14.12.2018 12:22 3 633
Yarımçıq təhsil və erkən nikah - ŞƏRH
Hesab edirik ki, yaxın gələcəkdə qanunvericiliyə dəyişikliklər edilməli, qızların təhsildən yayındırılması, erkən nikahlara cəlb edilməsi ilə bağlı cəza mexanizmləri daha da sərtləşdirilməlidir.

Bunu oxu.az-a açıqlamasında professor, Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

O qeyd edib ki, qızların təhsildən uzaqlaşdırılması, erkən nikahlara cəlb edilməsi birmənalı şəkildə qanunla qadağandır:

“Bu məsələ birbaşa qanunvericiliklə tənzimlənir. Eyni zamanda, qızların valideynləri, ata-anaları, ailə üzvləri tərəfindən təhsildən uzaqlaşdırılması yolverilməz və qəbuledilməzdir. Biz bu hallarla heç cür barışa, razılaşa bilmərik.

Elə erkən nikahlar, ailə dramları, boşanmalar, qadınların fiziki və cinsi istismara məruz qalması buradan yaranır. Yəni qızların təhsildən uzaqlaşdırılması cahillik, nadanlıq, savadsızlıq, təhsilsizlik, elmsizlikdir və dediyim kimi, qızlara, qadınlara qarşı baş verən zorakılıqların kökündə də, mahiyyətində də ilk növbədə bunlar dayanır.

Bu, hər birimizi narahat edir və etməlidir. Bu kimi məsələlər bütövlükdə cəmiyyəti narahat etməli və ayağa qaldırmalıdır”.

Komitə sədri bildirib ki, cəmiyyət özü bu hallarla ciddi mübarizə aparmalıdır.

“Hər bir insanın, o cümlədən, qızların təhsil almaq hüququ var. Qanunlarımızda, Konstitusiyamızda hüquqlar tanınıb. Ona görə qızları təhsil almaq hüququndan məhrum etmək olmaz.

Yerli icra qurumları, bələdiyyələr, qeyri-hökumət təşkilatları, Ailə, Qadın və Uşaq Problemlərinin üzrə Dövlət Komitəsi bununla, qızların təhsildən yayındırılması, erkən nikahlara məcbur edilməsi ilə bağlı ciddi təbliğat-maarifləndirmə işləri aparılmalı və həmin tədbirlərin miqyasını genişləndirməlidir.

Eyni zamanda, hesab edirəm ki, qızları təhsildən yayındıran, zorla erkən nikahlara məcbur və vadar edən kimlər varsa, kimlər bu məsələdə günahkardırsa, hamısı cəzalandırılmalıdır. Hətta belə hesab edirik və düşünürük ki, yaxın gələcəkdə bu məsələlərlə bağlı qanunvericilik daha da sərtləşdirilməli, cəza mexanizmləri, cəzalar daha da ağırlaşdırılmalıdır.

Buna göz yummaq, səssiz qalmaq olmaz. Bu, çox ağrılı məsələ və təhlükəli tendensiyadır. Bunların qarşısı mütləq alınmalıdır”, - deyə A.Naxçıvanlı əlavə edib.

Son xəbərlər