Antonelli tarixdə ən gənc "Formula-1" çempionu oldu
"Mercedes" komandasının italiyalı pilotu Andrea Kimi Antonelli vaxtından əvvəl "Formula-1" üzrə dünya çempionu adını qazanıb.
Median.Az RBK-ya istinadən xəbər verir ki, titula sahib olmaq üçün onun Meksika Qran-prisində ilk doqquzluğa düşməsi kifayət edirdi.
Nəticədə Antonelli Mexikoda keçirilən yarışı üçüncü pillədə başa vurub. Qran-prinin qalibi isə "Red Bull"dan Maks Ferstappen olub. İlk üçlüyə həmçinin "Ferrari"dən Lyuis Hemilton da daxil olub.
Dördüncü yeri "Ferari"nin sürücüsü Şarl Lekler tutub.
Qeyd edək ki, Antonelli bu mövsüm ərzində artıq doqquz dəfə qələbə qazanmışdı. 2025-ci ildən "Mercedes"in şərəfini qoruyan Antonelli "kral yarışları" tarixinə ən gənc çempion kimi düşüb.
Xatırladaq ki, əvvəlki rekord 2010-cu ildə 23 yaşında ilk tituluna yiyələnən almaniyalı Sebastyan Fettelə məxsus idi. Çempionatın növbəti mərhələsi noyabrın 8-də Braziliyanın San-Paulu şəhərində baş tutacaq.