Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Sosial şəbəkələrdə diqqət yarışı: İnsanlar nəyə möhtacdır?

04.11.2026 20:22 72
Sosial şəbəkələrdə diqqət yarışı: İnsanlar nəyə möhtacdır?
Son illər sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.

Artıq yaşından, peşəsindən və məşğuliyyətindən asılı olmayaraq, bir çox insan sosial platformalarda canlı yayımlar açmağa, şəxsi həyatını nümayiş etdirməyə və müxtəlif videolar paylaşmağa üstünlük verir.

Daha çox izlənilmək və bəyənilmək istəyi isə bəzən insanların diqqət çəkmək naminə zərərli və cəmiyyət tərəfindən birmənalı qarşılanmayan məzmunlar hazırlamasına səbəb olur.

Bəs insanlarda sosial şəbəkələrdə daim diqqət mərkəzində olmaq, bəyənilmək və izlənilmək ehtiyacı nədən qaynaqlanır? Bu davranışın arxasında hansı psixoloji amillər dayanır?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Sfera.az-a açıqlamasında deyib ki, bəyənilmək və izlənilmək ehtiyacı insanın öz dəyərini müstəqil müəyyənləşdirə bilməməsindən qaynaqlanır:

“Bəyənilmək və izlənilmək ehtiyacı insanın öz dəyərini müstəqil müəyyənləşdirə bilməməsindən qaynaqlanır. Başqalarının təsdiqinə möhtaclıq özünəinamın zəifliyini göstərir. Sosial şəbəkələr bu psixoloji zəifliyi istismar edir. İnsanlar düşünmək, yaratmaq və inkişaf etmək əvəzinə, görünmək və bəyənilmək uğrunda yarışırlar. Bu gün ciddi intellektual və sosial deqradasiya müşahidə olunur. Tənqidi təfəkkür zəifləyir. Pedaqoji baxımsızlıq, intellektual marağın yoxluğu və primitiv düşüncə tərzi keyfiyyətsiz kontentin yayılmasını sürətləndirir. Koqnitiv geriləmə ilə aşağı IQ eyni anlayış deyil. Hər səviyyəsiz davranış aşağı intellekt göstəricisi demək deyil. Lakin analitik düşüncənin yoxluğu və informasiyanı təhlil etmək qabiliyyətinin zəifliyi ciddi problemdir”.

O qeyd edib ki, insanlar real kimliklərini gizlədir, saxta obrazlar yaradırlar:

“İnsanlar real kimliklərini gizlədir, saxta obrazlar yaradırlar. Başqalarının həyatını təqlid edirlər. İzləyici toplamaq naminə şəxsi sərhədlərini və ləyaqətlərini nümayiş obyektinə çevirirlər. Zərərli kontent istehsalçıları qədər onu düşünmədən istehlak edənlər də məsuliyyət daşıyırlar. Tələbat olmasa, bu məzmunun bazarı da olmaz. İnsanlar artıq yaşamaq üçün deyil, nümayiş etdirmək üçün yaşayırlar. Öz şəxsiyyətlərini inkişaf etdirmək əvəzinə, izləyicilərin zövqünə uyğunlaşdırırlar. Diqqət naminə düşüncədən və mənəvi dəyərlərdən imtina etmək intellektual tənəzzülün göstəricisidir”.

Son xəbərlər