Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Müasir cütlüklər daha tez-tez ayrılırlar: Dörd əsas səbəb

19.11.2025 20:24 606
Müasir cütlüklər daha tez-tez ayrılırlar: Dörd əsas səbəb
Müasir cütlüklər daha tez-tez ayrılır və bu qərarların səbəbləri çox vaxt emosional ani reaksiya yox, dərindən düşünülmüş mövqedən qaynaqlanır. Bu barədə 2025-ci ilin oktyabr ayında Ümumi Ruhi Araşdırmaları Jurnalında dərc olunan araşdırmada bildirilir.

Median.Az amerikalı alimlərin araşdırmalarının nəticəsini təqdim edir:

Olarınsözlərinə görə, ayrılıq prosesi adətən tədricən formalaşır. İnsanlar tərəfdaşları ilə ayrılmaq barədə danışmazdan əvvəl uzun müddət öz hisslərini, inanclarını və sosial mühiti qiymətləndirirlər. Araşdırmanın müəllifləri ayrılıq qərarının necə formalaşdığını anlamaq üçün iki ruhiyyə nəzəriyyəsini birləşdirən bütöv bir model hazırlayıblar:

Şüurlu davranış nəzəriyyəsi, hansı ki, insanın baxışlarını, sosial normaları və özünü idarə edə bilmə hissini nəzərə alır;

Şəxslərarası davranış nəzəriyyəsi, hansı ki, emosiyaları, vərdişləri və özünü dərk etməyi qiymətləndirir.

Bu iki yanaşmanın birləşməsi araşdırmaçılara ayrılıq qərarına təsir edən dörd əsas amili müəyyən etməyə imkan verib. Bu amillər izah edir ki, niyə eyni vəziyyət müxtəlif insanlarda fərqli nəticələr yaradır.

1. Emosional amillər

Bu amillər insanın ayrılıq zamanı və ya ayrılıqdan sonra hiss edəcəyi ehtimal olunan duyğularla bağlıdır. Onlar şəxsi təcrübədən və münasibətdə emosional bağlılığın dərəcəsindən asılı olur.

2. Sosial amillər

Buraya ətrafdakı insanların gözləntiləri, məhəbbət və ailə haqqında mədəni normalar, həmçinin insanın bu normalar daxilində öz rolunu necə dərk etməsi daxildir.

3. Düşüncə ilə bağlı amillər

Bu bölmə insanın ayrılıqdan sonrakı həyatı barədə şəxsi fikirlərini və proqnozlarını əhatə edir. Buraya azadlıq və müstəqillik kimi üstünlüklərin, eləcə də tək qalmaq və qeyri-sabitlik kimi risklərin qiymətləndirilməsi daxildir.

4. İradə ilə bağlı amillər

Bu amillər insanın ayrılmaq niyyətini real addıma çevirməyə nə qədər hazır olduğunu müəyyən edir. Qərar yalnız niyyət aydın və qəti hala gələndə, tərəddüdlər isə daha asan dəf olunanda reallığa çevrilir.

Son xəbərlər