Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:32 Nigar Fərhadın əri yenidən həbs olundu | 13:22 Lotereya və idman mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir | 13:22 DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı | 13:21 Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir | 13:14 Avtomobil sənayesi üçün yeni güzəşt | 13:13 Azərbaycanda ikinci əl mənzillərin satışı ilə bağlı yenilik | 13:04 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda | 13:00 İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir | 12:55 Gözəllik salonlarında çalışanlar üçün yeni qayda | 12:54 Qazlı içkilərin hər litrinə 10 qəpik aksiz vergisi tətbiq ediləcək | 12:48 Kuryerlər üçün aylıq vergi təklif olunur | 12:47 Hotellərə yeni tələb qoyulur | 12:22 19 yaşlı şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu - Səbəb | 12:21 Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək | 12:20 Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz | 12:10 Azərbaycanda hava şəraiti ilə bağlı daha bir qurumdan xəbərdarlıq | 12:08 İrəvanda Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyan yenidən həbs edildi | 12:04 Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq | 12:03 Polad Həşimovun anasının son vəziyyəti açıqlandı | 12:03 İlham Əliyev: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək" |
Mojo.az Avto
Mojo.az Avto

Alimlərdən xəbərdarlıq: Bu qidalar xərçəng riskini artırır

04.11.2026 20:09 153
Alimlərdən xəbərdarlıq: Bu qidalar xərçəng riskini artırır
Mütəxəssislər tərəfindən aparılan yeni araşdırma ultra emal olunmuş qidaların istehlakı ilə gənclər arasında yoğun və düz bağırsaq xərçəngi hallarının artması arasında əlaqə olduğunu üzə çıxarıb.

Median.Az
xəbər verir ki, “JAMA Oncology” jurnalında dərc olunan tədqiqat çərçivəsində ABŞ-də 29 mindən çox qadının 20 ildən artıq müddətdə qidalanma və sağlamlıq göstəriciləri təhlil edilib.

Araşdırmanın nəticələrinə görə, ultra emal olunmuş qidaları daha çox istehlak edən qadınlarda gələcəkdə xərçəngə çevrilə bilən poliplərin (adenomaların) yaranma riski bu qidaları az qəbul edənlərlə müqayisədə 45 faiz yüksək olub.

Söhbət əsasən çipslər və digər qəlyanaltılar, kütləvi istehsal olunan çörəklər, şəkərli səhər yeməyi məhsulları, hazır əriştə və makaronlar, dondurulmuş pizzalar, eləcə də şəkərli və pəhriz içkilərindən gedir.

Qastroenteroloq Endryu Çanın sözlərinə görə, risk bu məhsulların qida rasionunda tutduğu yerə uyğun olaraq artır.

Mütəxəssis qeyd edib ki, bu məhsulların tərkibində çoxlu şəkər, duz, doymuş yağlar və müxtəlif əlavələr olur. Onların istehlakının azaldılması kolorektal xərçəngin erkən yaşlarda yaranma ehtimalını aşağı sala bilər.

Bununla belə, Çan qidalanmanın xəstəliyin artmasını izah edən yeganə amil olmadığını vurğulayıb. O bildirib ki, klinik praktikada sağlam qidalanmasına baxmayaraq, erkən mərhələdə yoğun bağırsaq xərçəngi aşkarlanan çoxsaylı pasiyentlərə rast gəlinir.

Alimlər hazırda 50 yaşdan aşağı şəxslər arasında xəstəliyin yayılmasının artmasının digər mümkün səbəblərini də araşdırır, həmçinin ultra emal olunmuş məhsulların hansı növlərinin daha təhlükəli olduğunu müəyyənləşdirməyə çalışırlar./bizimmedia

Son xəbərlər