Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT

20.10.2026 21:03 327
Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.

“PLOS Medicine” jurnalında dərc olunan araşdırmaya əsasən, fastfud ətləri kimi ultra emal olunmuş ət məhsullarının qəbulu bağırsaq xərçəngi riskinin artması ilə əlaqələndirilib. Tam taxıl, lif, süd məhsulları və kalsiumla zəngin bəzi qidaların isə daha aşağı riskli olduğu qeydə alınıb.

ABŞ-də 460 mindən çox yetkin insanın qidalanma məlumatlarının təxminən 20 il ərzində təhlili nəticəsində 10 min 75 nəfərdə bağırsaq xərçəngi aşkarlanıb. Tədqiqatçılar ultra emal olunmuş qidaların 10 faizinin eyni miqdarda minimal emal olunmuş qidalarla əvəzlənməsinin xəstəlik hallarının 2 faiz azalması ilə əlaqəli olduğunu müəyyən ediblər.

Alimlər sağlam qidalanmanın əhəmiyyətini vurğulayaraq, qida dəyəri yüksək məhsullara üstünlük verilməsini, əlavə şəkər, duz və doymuş yağlarla zəngin qidaların isə məhdudlaşdırılmasını tövsiyə ediblər.//unikal.az

Son xəbərlər