Mojo.az — elanlar
Son Xəbərlər
14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |     14:10 Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi  |     13:47 Təhlükəsizlik riski yaranarsa, turistlər nə etməlidir? – Ekspertdən tövsiyə  |     13:43 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı  |     13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |     12:43 Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq  |     12:27 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat  |     12:19 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb  |     12:17 Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı - Foto  |     12:00 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib  |     11:45 Bakının mərkəzindəki restoranda yanğın - Video  |     11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi

20.10.2026 22:40 297
Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi
Bakıda həkimi baş həkim vəzifəsinə təyin etdirmək vədi ilə 10 min manat almaqda təqsirləndirilən şəxsə 1 il 9 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

İttihama görə, hadisə 2024-cü ilin avqust ayında baş verib. Təqsirləndirilən şəxs qohumunun iş yoldaşını tibb müəssisələrindən birinə baş həkim vəzifəsinə təyin etdirə biləcəyini bildirib. Bunun üçün 25 min manat tələb edib, ilkin ödəniş kimi isə 10 min manat alıb.

Məhkəmə materiallarında qeyd olunub ki, təqsirləndirilən şəxs Səhiyyə Nazirliyində tanışlarının olduğunu və məsələni həll edə biləcəyini deyib. Razılaşmaya əsasən, pulun 10 min manatı əvvəlcədən, qalan 15 min manatı isə iş başa çatdıqdan sonra ödənilməli idi.

2024-cü ilin avqust ayının ortalarında zərərçəkmiş həkim tələb olunan ilkin məbləği iş yoldaşı vasitəsilə təqsirləndirilən şəxsə çatdırıb. Pul təcili tibbi yardım stansiyalarından birinin həyətində verilib. Lakin vəd edilən təyinat baş tutmayıb.

Məhkəmədə ifadə verən zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxsi əvvəllər tanımayıb və onunla birbaşa danışmayıb. İş yerini dəyişmək istədiyini dostuna söylədikdən sonra həmin şəxs ona kömək edə biləcək qohumunun olduğunu deyib. Zərərçəkmiş razılaşaraq 10 min manat verib.

İşin nəticəsiz qalmasından sonra zərərçəkmişin dostu pulu öz vəsaiti hesabına geri qaytarıb. O, bunun üçün ailəsinə məxsus qızılları girov qoyaraq bankdan 10 min manat kredit götürüb. Şahidlərin ifadələrinə görə, təqsirləndirilən şəxs kreditin ödənişini üzərinə götürsə də, ödənişləri həyata keçirməyib. Nəticədə borcu zərərçəkmişin dostu özü bağlamalı olub.

Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyib. O, zərərçəkmişi tanımadığını, heç vaxt görmədiyini və kimisə baş həkim vəzifəsinə təyin etdirmək imkanının olmadığını bildirib. Onun sözlərinə görə, 10 min manatı qohumundan borc alıb və məbləği hissə-hissə qaytarmaq barədə razılaşıblar. O, müəyyən ödənişlər etdiyini də iddia edib.

Lakin təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyətlər yaranıb. İbtidai istintaq zamanı o, işin həlli üçün 25 min manat tələb etdiyini, 10 min manat aldığını və həmin pulu şəxsi ehtiyaclarına xərclədiyini bildirib. Həmçinin zərərçəkmişi vəzifəyə təyin etdirmək niyyətinin olmadığını etiraf edib. Məhkəmədə isə həmin ifadənin müdafiəçinin iştirakı olmadan alındığını və məzmununu təsdiqləmədiyini deyib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) ilə təqsirli bilib və ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Onun tutulduğu və həbsdə olduğu ümumilikdə 7 ay 11 günlük müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 9 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
//qaynar.az

Son xəbərlər