Mojo.az — elanlar
Son Xəbərlər
12:27 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat  |     12:19 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb  |     12:17 Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı - Foto  |     12:00 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib  |     11:45 Bakının mərkəzindəki restoranda yanğın - Video  |     11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |    
Mojo.az Avto
Mojo.az Avto

Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi

21.10.2026 11:34 243
Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi
Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib.

Median.Az
"Qafazinfo"ya istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb.

Əmrə əsasən, X.İbrahimova "1-ci dərəcəli kapitan" hərbi rütbəsi verilib.

"1-ci dərəcəli kapitan" rütbəsi digər qoşun növlərindəki "polkovnik" rütbəsinə bərabərdir. Bundan sonrakı pillə "kontr-admiral" ali rütbəsidir.

Qeyd edək ki, Xaliq İbrahimov Vətən müharibəsində Sualtı Hücum Xüsusi Təyinatlı (SAT) dəstəsinin zabiti kimi xidmət edib. O, bir neçə rayonumuzun, eləcə də Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postun azad edilməsi əməliyyatlarında iştirak edib. Müharibədən sonra Prezidentin sərəncamları ilə İbrahimova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, o, həmçinin "Cəbrayılın azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə", "Füzulinin azad edilməsinə görə" və "Qubadlının azad edilməsinə görə" medalları ilə təltif olunub.

Hazırda 41 yaşlı 1-ci dərəcəli kapitan Hərbi Dəniz Qüvvələrinin (HDQ) tabeliyindəki hərbi hissələrdən birinin komandiridir.

Son xəbərlər