Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar
Donuz ətinin faydalı və zərərli xüsusiyyətləri uzun müddətdir müzakirə mövzusudur. Bir tərəfdən onun zülal, B qrupu vitaminləri və digər qida maddələri ilə zəngin olduğu bildirilir, digər tərəfdən isə düzgün hazırlanmadıqda infeksiya riski yaratdığı vurğulanır.
Bəs elmi faktlar nə deyir? Donuz əti həqiqətən faydasız qidadırmı, yoxsa onun sağlamlığa təsiri daha çox tərkibindən, hazırlanma üsulundan və istehlak miqdarından asılıdır? Xüsusilə də bəzi insanların müalicə məqsədilə istifadə etdikləri hisə verilmiş donuz piyi orqanizmə hansı təsirləri göstərir? Bu ət növünün tərkibindəki bakteriya və parazitlər, xüsusilə də trixinel düzgün bişirildikdə tamamilə məhv olurmu?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən qida təhlükəsizliyi üzrə mütəxəssis-ekspert Ağa Salamov bildirib:
Qida mütəxəsisi trixinella bakteriyasından bəhs edərək deyib:
Dəniz Pənahova
Median.Az
Bəs elmi faktlar nə deyir? Donuz əti həqiqətən faydasız qidadırmı, yoxsa onun sağlamlığa təsiri daha çox tərkibindən, hazırlanma üsulundan və istehlak miqdarından asılıdır? Xüsusilə də bəzi insanların müalicə məqsədilə istifadə etdikləri hisə verilmiş donuz piyi orqanizmə hansı təsirləri göstərir? Bu ət növünün tərkibindəki bakteriya və parazitlər, xüsusilə də trixinel düzgün bişirildikdə tamamilə məhv olurmu?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən qida təhlükəsizliyi üzrə mütəxəssis-ekspert Ağa Salamov bildirib:"Donuz əti ilə müalicə tətbiq ediləndə, milli dəyərlər və istehlak mədəniyyəti düşünülməlidir. Donuzun kimyəvi tərkibində yağ və ət var. Yağı başqa heyvanlardan da əldə etmək olur. Məsələn, quyruq yağını misal göstərmək olar".
Ağa Salamovun sözlərinə görə, kökəlmək istəyən şəxslər başqa vasitələrdən də istifadə edə bilər. Donuzun heç bir müalicəvi xarakteri yoxdur. Əgər mədə piylənməsi və qastrit üçün donuz əti tövsiyyə olunursa, düşünürəm ki, buna ehtiyac yoxdur. İnsan sağlam qidalanıb həkimin yazdığı dərmanları qəbul etməklə sağala bilər.Qida mütəxəsisi trixinella bakteriyasından bəhs edərək deyib:
"Bu bakteriya gözlə görünməyən mikroorqanizmlərin sürfələridir. 60 dərəcədən yuxarı temperaturda bu bakteriyalar məhv olur. Elə patogen bakteriya növləri var ki, 120 dərəcədə belə ölmür. Lakin trixinella bakteriyası 70 dərəcədə məhv ola bilir".
Ətin bişirilmə texnologiyasının düzgün və əsas amil olduğunu vurğulayan Ağa Salamov əlavə edib:"Daxili istilik 75 dərəcəni görməlidir. Ət istehlakı üçün 73-75 dərəcə istilikdə bişirilmə tövsiyə olunur. Ev şəraitində düzgün şəkildə donuz əti və ya kolbasa-sosiska hisə verilmədikdə, bəlli bir istiliyə gəlib çatmadıqda, orada trixanella qalır və təhlükəyə səbəb ola bilər. Bu baxımdan da diqqətli olmaq lazımdır".
Dəniz Pənahova
Median.Az