Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama

22.10.2026 13:32 438
Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama
Azərbaycanda illik inflyasiyanın 5,7 faiz səviyyəsində olması və 2027-ci il üçün orta illik inflyasiyanın 5,3 faiz proqnozlaşdırılması qiymətlərin gələcək dinamikası ilə bağlı müzakirələri aktuallaşdırır. İnflyasiya göstəricisinin aşağı düşməsi gündəlik tələbat məhsullarının, xidmətlərin və digər xərclərin də eyni nisbətdə ucuzlaşacağı anlamına gəlmir. Bu baxımdan, inflyasiyanın əhalinin real alıcılıq qabiliyyətinə və ailə büdcəsinə necə təsir edəcəyi də diqqət çəkir.

2027-ci ildə orta illik inflyasiyanın 5,3 faiz səviyyəsində proqnozlaşdırılması qiymət artımının tempinin azalacağı anlamına gəlirmi?

Bu barədə Median.Az-a açıqlamasında iqtisadçı Razi Abbasbəyli bildirib ki, gələn il inflyasiya proqnozlaşdırılan səviyyədə olacaq:
“Əgər inflyasiya həmin səviyyədə qeydə alınarsa, bu, müəyyən sahələrdə qiymətlərin ucuzlaşmasına şərait yarada bilər. Lakin ilk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycan idxaldan asılı ölkədir. Qeyri-neft məhsullarının böyük hissəsi, təxminən 80 faizi xarici bazarlardan idxal olunur. Buna görə də ölkə daxilində inflyasiya səviyyəsi qiymətlərin formalaşmasına təsir edən yeganə amil deyil. Daxili bazarda qiymətlər daha çox xarici bazarlardakı vəziyyətə və məhsulların idxal qiymətlərinə uyğun olaraq müəyyənləşir. Xarici ölkələrdən idxal etdiyimiz məhsulların dünya bazarındakı qiymətləri yüksələrsə, bu, daxili bazarda da bahalaşma ilə nəticələnəcək. Əksinə, dünya bazarlarında qiymətlərin aşağı düşməsi ölkə daxilində də ucuzlaşma ehtimalını artırır. 2027-ci il üçün inflyasiya proqnozu 5,3 faiz səviyyəsində müəyyənləşdirilsə belə, dünya bazarlarında, xüsusilə də iqlim dəyişiklikləri səbəbindən ərzaq qıtlığının yaranması ilə bağlı müəyyən risklər mövcuddur”.
O qeyd edib ki, bu səbəbdən gələn il qiymətlərin ucuzlaşacağını indidən demək mümkün deyil:
“Mövcud qlobal iqtisadi göstəricilər və ərzaq təminatı ilə bağlı narahatlıqlar əksinə, qiymətlərin artması ehtimalını da gündəmə gətirir. Bütün dünyada ərzaq təminatı sahəsində yarana biləcək çətinlikləri nəzərə alsaq, məhsulların bahalaşması da istisna edilmir. Bununla belə, ölkə daxilində inflyasiyanın aşağı səviyyədə saxlanılması bəzi xidmət sahələrində qiymətlərin azalmasına şərait yarada bilər. Eyni zamanda, bu, vətəndaşların alıcılıq qabiliyyətinə də müsbət təsir göstərə bilər. Ancaq inflyasiyanın gələn il hansı səviyyədə olacağını dəqiq proqnozlaşdırmaq çətindir. Qlobal iqtisadiyyatda baş verən proseslər Azərbaycana da təsirsiz ötüşməyəcək. Xüsusilə neftin qiymətinin yüksək səviyyədə qalması dünya bazarlarında bahalaşma meyillərini gücləndirə bilər. Azərbaycan neft ixrac edən ölkə olsa da, qeyri-neft məhsullarının, o cümlədən sənaye və ərzaq məhsullarının idxalından da asılıdır. Buna görə də xarici bazarlarda baş verən qiymət dəyişiklikləri ölkə daxilindəki qiymətlərə birbaşa təsir göstərir. Daxili bazarda qiymətlərin gələn il ucuzlaşacağını indidən proqnozlaşdırmaq düzgün olmazdı. Çünki qiymətlərin gələcək dinamikası yalnız Azərbaycandakı inflyasiya səviyyəsindən deyil, həm də dünya bazarlarında iqtisadi vəziyyətdən, ərzaq təminatından və idxal məhsullarının qiymət dəyişikliklərindən asılı olacaq”.

Son xəbərlər