Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:44 Ucuz kredit vədi ilə bank hesablarını boşaltdılar - 120 nəfər hədəfə alındı | 19:43 Dünyanın ən populyar krossoverləri (SİYAHI) | 19:41 Onlayn ticarətdə qaydalar dəyişir: "Köhnə satıcılar" üçün çətin günlər başlayır | 19:36 Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Adları | 19:19 Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı | 19:04 Amnistiya ilə azadlığa çıxdı, ətçəkən və çaydan oğurlayıb yenidən həbsə düşdü | 18:55 İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 18:27 Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ | 18:13 Ermənistan İK sədri: "Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb" | 18:05 Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu | 17:34 Qonşu həyətdən meyvə yığan kişi bədbəxt hadisədə öldü | 17:23 Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto | 17:06 Bakıda qadın "TikTok"da canlı yayımda öldü | 17:05 ABŞ, Rusiya və Ukrayna arasında danışıqları Moskva təsdiqlədi | 17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" | 16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi |
Mojo.az Avto
Mojo.az Avto

IMF: Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır

29.05.2026 16:54 516
IMF: Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan Mərkəzi Bankına (AMB) xaricdən gətirilən ərzaq məhsullarının bahalaşmasından yaranan inflyasiya təzyiqinin güclənməsi davam etdiyi halda, uçot dərəcəsinin artırılması imkanını nəzərdən keçirməyi tövsiyə edir.

"Report" IMF-ə istinadən xəbər verir ki, hazırkı uçot dərəcəsinin indiki səviyyədə qorunub saxlanması daxili tələbin gözlənilən normallaşma prosesi və proqnoz müddəti ərzində buraxılış fərqinin daralması ilə üst-üstə düşür.

"2026-cı ildə ümumi inflyasiyanın proqnozlaşdırılan yüksəlişi başlıca olaraq ərzaq qiymətlərinə təsir edən xarici amillərlə əlaqədardır, bununla yanaşı 2027-ci ilin sonunadək qiymət artım templərinin hədəf dəhlizinin orta həddinə yaxınlaşacağı gözlənilir. Bununla belə, artan xarici qeyri-müəyyənliyi, neytral dərəcənin hesablanmasındakı qeyri-dəqiqlikləri (IMF ekspertləri onu təxminən 2,25 % səviyyəsində qiymətləndirir ki, bu da cari real uçot dərəcəsini müəyyən qədər üstələyir), eləcə də monetar siyasətin transmissiya mexanizminin hələlik tam formalaşmadığını nəzərə alaraq, AMB gözlənilməz inflyasiya sıçrayışlarına qətiyyətli cavab verməyə hazır olmalıdır. Xüsusən, Yaxın Şərq münaqişəsi fonunda qlobal xammal qiymətlərinin ciddi bahalaşması inflyasiyanın AMB-nin hədəf diapazonunu əhəmiyyətli dərəcədə aşmasına gətirib çıxara bilər", - fondun analitikləri qeyd ediblər.

Qeyd edək ki, IMF Azərbaycanda orta illik inflyasiyanı 2026-cı ildə 6 %, 2027-ci ildə 4,2 %, 2028-ci ildə 4,1 % səviyyəsində gözləyir, 2029-2031-ci illər ərzində isə göstərici ildə 4 % səviyyəsində qalacaq.

Azərbaycanda 2025-ci ilin sonuna orta illik inflyasiya göstəricisi bir il əvvəlki 2,2 %-lə müqayisədə 5,6 %-ə çatıb.

Azərbaycan İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Mərkəzi Bankın 2026-cı ilin fevralında açıqlanan son proqnozuna əsasən, cari ildə illik inflyasiya 5,5 %, 2027-ci ildə isə 4 % səviyyəsində gözlənilir.

Son xəbərlər