Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |     12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |     11:42 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat  |     11:40 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?  |     11:33 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi  |     11:32 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı  |     11:23 Azərbaycanda yeni ombudsman seçiləcək  |     11:15 Azərbaycanda inflyasiya ilə bağlı yeni proqnoz  |     11:14 Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda inflyasiya azalacaq - PROQNOZ

28.05.2026 20:23 633
Azərbaycanda inflyasiya azalacaq - PROQNOZ
Beynəlxalq Valyuta Fondu (IMF) 2027-ci ildə Azərbaycanda orta illik inflyasiyanın aprelin ortalarında gözlənilən 5,1 %-ə qarşı 4,2 %-ə düşəcəyini proqnozlaşdırır.
 
Median.Az xəbər verir ki, İMF tərəfindən 2026-cı il üçün inflyasiya proqnozu 6 % səviyyəsində saxlanılıb.
 
Fondun qiymətləndirməsinə görə, 2028-ci ildə inflyasiya 4,1 % təşkil edəcək, 2029-2031-ci illərdə isə hər il 4 % səviyyəsində qalacaq.
 
"Gözlənilir ki, inflyasiya 2026-cı ilin sonuna qədər 6 %-ə yüksələcək, sonra isə 2027-ci ilin sonuna qədər 4,2 %-ə düşəcək. Buna qlobal əmtəə qiymətlərinin artması fonunda ərzaq məhsullarının bahalaşması səbəb olacaq. Cari hesab saldonun orta müddətli perspektivdə müsbət qalacağı gözlənilir. Lakin xarici mövqe orta müddətli fundamental göstəricilərə və arzu olunan iqtisadi siyasətə uyğun səviyyə ilə müqayisədə əhəmiyyətli dərəcədə zəif qiymətləndirilir. Proqnoz üzrə risklər ümumilikdə balanslaşdırılmış qalsa da, xarici qeyri-müəyyənlik yüksək olaraq qalmaqdadır", - hesabatda qeyd olunub.
 
IMF analitikləri hesab edirlər ki, Yaxın Şərqdə münaqişənin kəskinləşməsi karbohidrogen qiymətlərinin daha da artmasına gətirib çıxara bilər, bu da Azərbaycanın xarici və büdcə mövqeyini nəzərəçarpacaq dərəcədə yaxşılaşdıracaq:
 
"Eyni zamanda münaqişə qida məhsullarının dünya qiymətlərinə təsir vasitəsilə inflyasiya təzyiqini gücləndirə, ərzaq təhlükəsizliyinə təsir göstərə, miqrasiya təzyiqinə səbəb ola, dövlət xərclərinin artırılmasını tələb edə və biznes üçün qeyri-müəyyənliyi artıra bilər. Bu, büdcə konsolidasiyası və iqtisadiyyatın diversifikasiyası strategiyaları üçün risklər yaradır".
 
IMF-nin hesabatında vurğulanıb ki, inflyasiya təzyiqinin davam etməsi halında Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dərəcələrini artırmalıdır:
 
"Proqnoz dövründə inflyasiyanın azalması gözlənilsə də, yüksək xarici qeyri-müəyyənlik, Yaxın Şərqdə davam edən münaqişə fonunda artan inflyasiya riskləri, eləcə də hələ formalaşmaqda olan pul-kredit siyasətinin iqtisadiyyata ötürülmə mexanizmi nəzərə alınmaqla, inflyasiya risklərini diqqətlə izləmək və gözlənilməz inflyasiya sıçrayışlarına operativ reaksiya vermək son dərəcə vacibdir".
 
Fondun qiymətləndirməsinə görə, AMB pul-kredit siyasətinin müəyyən edilməsində inflyasiya proqnozlarından daha fəal istifadə etdiyi bir vaxtda aydın və gələcəyə yönəlmiş kommunikasiya getdikcə daha vacib olur.
 
IMF-də qeyd edilib ki, banklar arası bazarın dərəcələri uçot dərəcəsinə yaxın olaraq qalır, bu da AMB tərəfindən artıq likvidliyin uğurlu idarə olunmasından xəbər verir:
 
"Pul-kredit siyasəti siqnallarının iqtisadiyyatın real sektoruna ötürülməsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması risksiz gəlirlilik əyrisinin daha da inkişaf etdirilməsini, eləcə də dollarlaşma, yüksək əməliyyat xərcləri və bank sektorunda aşağı rəqabət səviyyəsi daxil olmaqla struktur problemlərin həlli istiqamətində işlərin davam etdirilməsini tələb edəcək".
 
Xatırladaq ki, Azərbaycanda 2025-ci ildə orta illik inflyasiya 2024-cü ildəki 2,2 %-ə qarşı 5,6 % təşkil edib.
 
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin fevralında dərc edilmiş son proqnozuna görə, cari ildə illik inflyasiyanın 5,5 %, 2027-ci ildə isə 4 % səviyyəsində olması gözlənilir./report

Son xəbərlər