Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"

29.10.2026 12:32 351
Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə:
"Mən Azərbaycanda saxlanılan şəxslərin geri qaytarılması istiqamətində həyata keçirilən işlər barədə daim danışmağı xoşlamıram".

Median.Az
Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri oktyabrın 28-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında müxalifətin "Ermənistan" blokundan olan deputat Lilit Qalstyanın sualını cavablandırarkən deyib.

"Əgər nəticə yoxdursa, sənin səylərin kimə lazımdır? Nəticə tamamilə konkretdir: saxlanılan şəxslər azad edilir, yoxsa yox?" - deyə qıcıqlandığını gizlətməyən Mirzoyan bildirib.

Onun sözlərinə görə, Bakıda saxlanılanların sonuncu qrupu sərbəst buraxıldıqdan sonra xeyli iş görülüb. Bununla belə, o, bəzi fikirləri parlament kürsüsündən səsləndirmək istəməyib, çünki bunun üçün başqa ölkələrin adlarını çəkmək və onları pis vəziyyətdə qoymaq lazım gələcək.

Müxalifətə müraciət edən nazir əlavə edib:

"Mən həmin ölkələrlə münasibətlərimizə zərər vuraram... Deyirlər ki, üçüncü bir ölkəyə, məsələn, Madaqaskara müraciət edin. Guya Madaqaskar nümayəndəsi gedib erməni əsirlərə baş çəksin. Yəni onlar bunu düşünüblər, amma biz yox? Bizim əlaqələrimiz yoxdur? Biz müraciət etmişik, ancaq heç bir nəticə yoxdur".

Son xəbərlər