Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Şəmkirdə qonşular arasında dava: Bir nəfər bıçaqlanaraq öldürüldü  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |     19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |    
Mojo.az Avto
Mojo.az Avto

Hollandiyanın "ING Group" şirkəti Azərbaycanda 2027-ci ilə qədər inflyasiya proqnozunu yenilədi

10.09.2024 20:59 1 929
Hollandiyanın
Hollandiyanın "ING Group" şirkəti Azərbaycanda orta illik inflyasiyanı 2024-cü il üçün 2.2%, 2025-ci il üçün 4.7%, 2026-cı il üçün isə 4.5% səviyyəsində proqnozlaşdırır.

Bu barədə məlumatlar "ING Group" şirkətinin hesabatına istinadən yayımlanıb.

Yenilənmiş hesablamalara əsasən, cari və 2025-ci il üçün inflyasiya proqnozu 0.7, 2026-cı il üçün isə 0.3 faiz bəndi artırılıb.

Yenilənmiş proqnozlara görə, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta illik inflyasiyanın 3.2%, dördüncü rübündə isə 4.5% olacağı gözlənilir.

Azərbaycanda orta illik inflyasiya 2025-ci ilin birinci rübündə 5.5%, ikinci rübündə 5.9%, üçüncü rübündə 4% və dördüncü rübündə 3.6% səviyyəsində proqnozlaşdırılır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1% artıb.

İqtisadiyyat Nazirliyi 2024-cü ildə Azərbaycanda orta illik inflyasiyanın 2.7% olacağını proqnozlaşdırır.

Azərbaycan Mərkəzi Bankı isə ölkədə orta illik inflyasiyanı 2024-cü ildə 5.4%, 2025-ci ildə 5.5% səviyyəsində proqnozlaşdırır.

Son xəbərlər