Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan İK sədri: "Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb"

03.11.2026 18:13 270
Ermənistan İK sədri:
Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevin heç kimi öldürmək niyyəti olmayıb.

Median.Az
Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində jurnalistlərlə söhbətində Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan Ermənistanın Şəki kəndinə daxil olan azərbaycanlı hərbçi ilə bağlı sualı cavablandırarkən bildirib.

"O, dindirilib, ifadə verib, mən dindirmənin məzmununu açıqlaya bilmərəm. Bu hadisə ilə əlaqədar sabah deyil, birisigün parlamentdə qapalı görüş keçiriləcək. Hazırda ibtidai istintaqın sirrini qorumaq məqsədilə ifadələrin məzmununu yaya bilmərəm. Lakin o, yeri, hadisənin hallarını, ərazini - hər şeyi göstərib. Ümumiyyətlə, mənim onu müdafiə etmək kimi bir vəzifəm yoxdur. Biz faktları qiymətləndirməliyik: azaraq piyada gedən şəxs ev görür, şüşəni sındırır, o, acdır, oraya daxil olur, yemək hazırlayır, paltarını dəyişir. Uşaqlar içəri girir, o, onların telefonlarını alır, saatlarla oturaq vəziyyətdə saxlayır, onlara zərər vermir", - deyə Poqosyan vurğulayıb.

Bununla yanaşı, İstintaq Komitəsinin rəhbəri həmin şəxsə aid edilən əməlləri sadalayaraq ona bir neçə maddə üzrə ittiham irəli sürüldüyünü qeyd edib.

Xatırladaq ki, oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Nəsimi Musayev adlı Azərbaycan hərbçisi Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.

Şəki (Zəngəzur) kəndi yaxınlığında sərhədi naməlum şəraitdə keçən hərbi qulluqçu iki ay müddətinə həbs edilib.

Son xəbərlər