Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama
Bu barədə Median.Az Ermənistan mediasına istinadən xəbər verir.
"Onların razılığını aldıqdan sonra ona baş çəkə biləcəyik", - deyə Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndəliyinin kommunikasiya şöbəsinin rəhbəri Zara Amatuni bildirib.
Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Şəki kəndi yaxınlığında naməlum səbəblərdən sərhədi keçən hərbçi barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib.