Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı

22.10.2026 22:15 348
Dubaydan “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” gətirəcəyini vəd edərək iki nəfərdən 10 150 manat alan şəxsin barəsində cinayət təqibinə xitam verilib.

Qaynarinfo-nun məlumatına görə, 1991-ci il təvəllüdlü, Cəbrayıl rayonunun Quycaq kənd sakini olan şəxs zərərçəkmişlərə vurduğu ziyanı ödəyib və “Konstitusiya və Suverenlik ili” münasibətilə elan edilən amnistiya qərarı əsasında cinayət məsuliyyətindən azad edilib.

Məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünü Taleh İmanov kimi təqdim edərək avtomobil servisində tanış olduğu şəxslərə Dubaydan mobil telefonlar gətirə biləcəyini bildirib. O, telefonları gömrükdən keçirərək Bakıya çatdıracağını vəd edib.

Zərərçəkmişlərdən biri onun kart hesabına müxtəlif vaxtlarda pul köçürüb. Təqsirləndirilən şəxs telefonların gömrükdə saxlanıldığını, əlavə ödənişə ehtiyac yarandığını, hətta hava limanında qaçaqmalçılığa görə tutulduğunu deyərək pul almaqda davam edib. Daha sonra zənglərə cavab verməyib və telefonları da təhvil verməyib.

Nəticədə zərərçəkmişlərdən birinə 6 650 manat, digərinə isə 3 500 manat olmaqla, ümumilikdə 10 150 manat ziyan dəyib. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilib, əməlindən peşman olduğunu və dəymiş ziyanı tam ödədiyini bildirib.

Məhkəmə müəyyən edib ki, şəxs əvvəllər də dələduzluq və oğurluq cinayətlərinə görə məhkum olunub. Bununla belə, onun məcburi köçkün olması, zərərçəkmişlərlə barışması və dəymiş ziyanı tam ödəməsi nəzərə alınıb.

Qərara əsasən, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə aparılan cinayət təqibinə amnistiya əsasında xitam verilib və şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində bu iş üzrə seçilmiş həbs qətimkan tədbiri ləğv olunub. Lakin başqa cinayət işi üzrə həbs qətimkan tədbirinin qüvvədə olduğu nəzərə alınıb.

Son xəbərlər