Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR
2026-cı ilin ilk 9 ayında Azərbaycanın istehlak bazarında ərzaq inflyasiyası mal qrupları üzrə qeyri-bərabər paylanıb. Ümumi ərzaq səbətində orta hesabla 7 faizə yaxın bahalaşma qeydə alınsa da, bəzi məhsullar üzrə bu göstərici kəskin fərqlənib. Müəyyən məhsullarda qiymətlər 30-40 faizədək artdığı halda, bəzi mallarda 30 faizdən çox ucuzlaşma müşahidə edilib.
Bəs bu ilin 9 ayında ən çox bahalaşan və ucuzlaşan məhsullar hansılar olub?
2026-cı ilin sentyabr və 2025-ci ilin dekabr aylarındakı qiymətləri müqayisə etdikdə məlum olur ki, ən çox bahalaşma naringi və ağ kələm də baş verib.
Naringinin bir kiloqramının dəyəri dekabrdakı 1,8 manatdan sentyabrdakı 2,5 manata qədər artıb. Bu ilin sentyabrında naringinin orta qiyməti ötən ilin sonundakı orta qiymətdən 39 faiz yüksək olub.
Ağ kələmin də dəyəri xeyli yüksəlib. Keçən ilin dekabrında 70 qəpiyə satılan ağ kələmin qiyməti sentyabrda 94 qəpik olub. Sentyabrda ağ kələm ötən ilin dekabrına nisbətən 34 faizdən çox bahalaşıb.
Əsas ərzaq mallarından olan baş soğanın qiyməti ən çox bahalaşanlardan biridir. Onun dəyəri 0,7 manatdan 1 manata yüksəlib. Qısa müddətdə baş soğan 43 faiz bahalaşıb.
Yüksək qiymət artımı qoz, limon, portağal və almada da müşahidə olunub. Müqayisə edilən aylarda qozun qiyməti 5,7 manatdan 7,5 manata (31,5 faiz), limonun dəyəri 3,7 manatdan 4,8 manata (30 faiz), portağalın qiyməti 2,7 manatdan 3,3 manata (22 faiz), almanın qiyməti 1,8 manatdan 2,1 manata (16,5 faiz) artıb.
Qiymətində ikirəqəmli artım olan mallar arasında süfrə marqarini (5,9 manatdan 6,6 manata (12 faiz)), yerkökü (1,2 manatdan 1,4 manata (16 faiz)) və göyərti (0,2 manatdan 0,24 manata (20 faiz)) var.
Bunlardan başqa, mal ətinin qiyməti 16 manatdan 17,4 manata (8,7 faiz) yüksəlməklə əhalinin ərzaq xərclərindəki ağırlığını artırıb.
Adı çəkilən ərzaq mallarının əvəzinə, bəzi məhsullarda ciddi qiymət azalması qeydə alınıb.
Xüsusən istixanalarda yetişdirilən xiyar, pomidor, eləcə də şirin bibər, badımcan, göy lobya kimi əsas qida məhsullarının dəyərində ciddi azalma baş verib.
İstixanada yetişdirilən xiyarın orta qiyməti 2,6 manatdan 0,86 manata düşüb. Müqayisə edilən dövrdə istixana xiyarının qiyməti 67 faiz enib.
İstixana pomidorunun qiyməti 2,6 manatdan 2 manata (23 faiz), şirin bibərin qiyməti 2,7 manatdan 1,96 manata (27 faiz), badımcanın dəyəri 3,5 manatdan 2,2 manata (37 faiz), göy lobyanın qiyməti 2,9 manatdan 1,85 manata (36 faiz) düşüb.
Göründüyü kimi, bu il meyvələrin qiymətində artım, tərəvəzlərin dəyərində isə azalma qeydə alınıb.
//sfera.az