Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu

23.10.2026 21:41 204
Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu
Bakının Xəzər rayonunun Qala qəsəbəsində dövlətə məxsus torpaq sahəsində qanunsuz tikinti aparan N. İsayev məhkəmənin hökmü ilə cəzalandırılıb.

Məhkəmə onu Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə (torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tikinti işlərinin aparılması) təqsirli bilib.

İttihama görə, N. İsayev 2026-cı ilin yanvar ayının əvvəlində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 221-ci Qala küçəsində yerləşən dövlətə məxsus torpaq sahəsində qanunsuz tikintiyə başlayıb. O, 0,0025 hektar, yəni 25 kvadratmetr ərazidə 12 daş hündürlüyündə qeyri-yaşayış obyekti inşa edib.

Məhkəmədə ifadə verən İsayev bildirib ki, 2013-cü ildə Qala qəsəbəsində 3 sot torpaq sahəsini adını xatırlamadığı şəxsdən 3 min manata alıb. Həmin vaxt ona torpaqla bağlı heç bir sənəd təqdim edilməyib. Daha sonra ərazidə 65 kvadratmetrlik, üçotaqlı ev tikərək yaşamağa başlayıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə yaşadığı torpaq sahəsinin qarşısında, yol kənarında yerləşən boş ərazidə gözəllik salonu tikmək qərarına gəlib. Tikintiyə başlamazdan əvvəl heç bir dövlət qurumuna müraciət etmədiyini və icazə almadığını etiraf edib.

O, 2026-cı ilin yanvarında tikintiyə başlayaraq obyektin çöl divarlarını hörüb. Daha sonra əraziyə gələn Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri qanunsuz tikinti ilə bağlı akt tərtib ediblər. İsayev əsəbiləşdiyi üçün aktı imzalamaqdan imtina edib.

İş materiallarına əsasən, növbəti gün Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları da əraziyə baxış keçirərək qanunsuz tikilinin sökülməli olduğunu bildiriblər. İsayev tikilinin sökülməməsi üçün əməkdaşlara “şirinlik” verməyi təklif etdiyini də məhkəmədə söyləyib. Lakin onun sözlərinə görə, əməkdaşlar bu təklifdən imtina ediblər.

Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmədə bildirib ki, monitorinq zamanı dövlət mülkiyyətində olan torpaq sahəsində müvafiq hüquq və icazələr olmadan tikinti aparılması aşkarlanıb. Faktla bağlı akt tərtib olunub və aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edilib.

Məhkəmənin hökmü ilə Namiq Səməd oğlu İsayev 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Onun ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 4 gün təyin olunmuş cəzadan çıxılıb. Nəticədə onun üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.//qaynar.az

Son xəbərlər