Mojo.az Banner
SON DƏQİQƏ
13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |    
Mojo.az Avto
Mojo.az Avto

350-dən çox ağac və kolun qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb

03.02.2025 14:36 1 392
350-dən çox ağac və kolun qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb
Baş Prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, araşdırmalar zamanı Bakı şəhəri, Xəzər rayonu, Ramana qəsəbəsində, Abşeron rayonunun Xırdalan şəhəri, Samux rayonunun Alıuşağı kəndi və İmişli rayonunun Sarıxanlı kəndində meşə fonduna daxil olmayan 360 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 62 min manatdan çox ziyan vurulması müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 259.1 və 259.2.4-cü (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli və külli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.скачать dle 11.3

Son xəbərlər