Mojo.az — elanlar
Son Xəbərlər
16:29 Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu  |     16:27 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanda "İnstagram" vasitəsilə telefon dələduzluğu

30.07.2026 22:08 336
Naxçıvanda
Naxçıvanda sosial şəbəkədə yerləşdirilən elanlar əsasında mobil telefon və digər əşyaları əldə edərək ödənişləri gecikdirməkdə ittiham olunan şəxs barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İş materiallarına əsasən, təqsirləndirilən şəxs 2025-ci ilin may ayından 2026-cı ilədək "Instagram” sosial şəbəkəsində yerləşdirilən elanlar vasitəsilə müxtəlif şəxslərlə əlaqə saxlayıb. O, mobil telefonları və digər əşyaları almaq barədə razılığa gəlib, ödənişi daha sonra həyata keçirəcəyini bildirib, lakin bəzi hallarda malların pulunu tam ödəməyib.

İddia olunur ki, o, əvvəlcə 1 500 manat dəyərində "iPhone 14 Pro Max” markalı telefonu əldə edib. Daha sonra 2 000 manatlıq "iPhone 16 Pro Max”, ümumilikdə 2 100 manat dəyərində "iPhone 13” və "iPhone 15” markalı telefonlar, eləcə də digər mobil cihazlarla bağlı oxşar hadisələr baş verib.

Bundan başqa, təqsirləndirilən şəxsin 1 100 manat dəyərində "iPhone 15 Pro”, 700 manat dəyərində "iPhone 13” markalı telefon və 600 manat dəyərində elektrikli dönər aparatını da eyni üsulla əldə etdiyi bildirilib.

Zərərçəkmiş şəxslər məhkəmədə bildiriblər ki, təqsirləndirilən şəxs aldıqları əşyaların pulunu qısa müddətdə ödəyəcəyini deyib, lakin vədlərinə əməl etməyib. Bəzi zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra pullarını geri aldıqlarını qeyd ediblər.

Müttəhim məhkəmə iclasında ittihamı qəbul edib. O, dəymiş ziyanın ödənildiyini bildirib.

Məhkəmə onu Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi (təkrar törədilən dələduzluq) ilə təqsirli bilib. Ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Təqsirləndirilən şəxsin əvvəl həbsdə saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və onun üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.//qaynar.az

Son xəbərlər