Mojo.az Banner
SON DƏQİQƏ
14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 10 min manatlıq "iPhone" dələduzluğu - HÖKM OXUNDU

15.03.2025 17:59 753
Bakıda 10 min manatlıq
Mobil telefon alqı-satqısı adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Median.Az
"Qaynarinfo"ya istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Rafael Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunan Y.C. 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onun ev dustaqlığında saxlanıldığı müddət cəzadan çıxılıb və Y.C. üzərində qəti olaraq 1 il 5 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

İş materiallarından aydın olur ki, Y.C. metronun "28 may" stansiyası ətrafında fəaliyyət göstərən və mobil telefon satışını həyata keçirən mağazada satıcı işləyib. Zərərçəkən O.R. isə onun müştərisi olub. Y.C. ona Dubaydan "iPhone 15 Pro Max" markalı telefon gətirib satmaq istədiyini, lakin bunun üçün pulu olmadığını deyib.

Y.C. bunu deyərkən, zərəçəkənə birlikdə qazanc əldə etmək təklif edib. O.R. isə ona dörd ədəd telefonun pulunu verə biləcəyini deyib. Tərəflər razılaşdıqdan sonra, O.R. Y.C-yə hissə-hissə 10 800 manat pul verib. Bundan sonra Y.C.-ni tapmaq mümkün olmayıb.

O.R. aldadıldığını anlayaraq, polisə şikayət edib. Y.C. şübhəli şəxs qismində saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib.

Məhkəmə istintaqı zamanı Y.C. elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.скачать dle 11.3

Son xəbərlər