Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |     11:42 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat  |     11:40 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?  |     11:33 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi  |     11:32 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı  |     11:23 Azərbaycanda yeni ombudsman seçiləcək  |     11:15 Azərbaycanda inflyasiya ilə bağlı yeni proqnoz  |     11:14 Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb  |     22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |    
Mojo.az Avto
Mojo.az Avto

DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq

12.09.2025 19:17 651
DSMF-nin
Özünü Dövlət Sosial Müdafiə Fondunun (DSMF) işçisi kimi təqdim edərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunan S.Qurbanovaya 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanılıdğı 2 gün müddət bir günə 2 hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

İş materiallarından məlum olur ki, S.Qurbanova öz qohumuna qarşı dələduzluq edib. O, qohumuna 2-ci qrup əlillik dərəcəsi düzəldəcəyini deyib. Qohumunu buna inandırma üçün özünü DSMF-nin əməkdaşı və "işlədiyi” qurumun yüksək vəzifəli şəxsləri ilə əlaqələrə malik şəxs kimi təqdim edib.

Qohumu ona inanaraq işin düzəlməsi üçün hissə-hissə olmaqla S.Qurbanovaya 12 000 manat pul verib. Lakin sonradan aldadıldığını başa düşən zərərçəkən hüquq-mühafizə orqanlarına müraciət edib.

S.Qurbanova saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Məhkəmı prosesi zamanı S.Qurbanova verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, qohumundan faizə pul alıb və kiməsə əlillik dərəcəsi düzəldəcəyi barədə vəd verməyib. Sadəcə bu məsələ ilə maraqlanacağını bildirib. Bununla belə, məhkəmə S.Qurbanovanı təqsirli bilib.

Son xəbərlər