Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir

28.10.2026 22:35 246
Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir
İntensiv fiziki məşqdən sonra edilən bəzi səhvlər ürək-damar sisteminə əlavə yük yarada bilər.

Median.Az bildirir ki, bu barədə Rusiyanın “Meditsina” klinikasının kardioloqu, tibb elmləri namizədi Yevgeni Kokin “Lenta.ru”ya açıqlamasında xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, ən çox rast gəlinən səhvlərdən biri ağır məşqdən dərhal sonra qəfil dayanmaqdır. Fiziki aktivlik zamanı əzələlər qanın ürəyə qayıtmasına kömək edir. İnsan qəfil dayandıqda isə bu mexanizm zəifləyir. Nəticədə qan təzyiqi kəskin düşə, başgicəllənmə və hətta huşun itirilməsi baş verə bilər.

Kardioloq bildirib ki, intensiv məşqdən sonra fiziki yük tədricən azaldılmalı, bir neçə dəqiqə sakit templə gəzməyə vaxt ayrılmalıdır.

Digər geniş yayılmış səhv isə su qəbuluna diqqət yetirməməkdir. Susuzlaşma ürək döyüntülərinin sürətlənməsinə və ürəyin daha çox yüklənməsinə səbəb ola bilər.

Həkim ağrıya baxmayaraq məşqi davam etdirməyin də təhlükəli olduğunu vurğulayıb. Xüsusilə sinədə sıxıcı ağrı, güclü nəfəs darlığı, ürək ritminin pozulması və başgicəllənmə yaranarsa, fiziki fəaliyyəti dərhal dayandırmaq və tibbi yardım almaq lazımdır.

Kokinin sözlərinə görə, məşqdən sonra sauna qəbul etmək və ya spirtli içki içmək də ürəyə mənfi təsir göstərə bilər. Hər iki hal orqanizmdə maye itkisini artıraraq qan təzyiqinin kəskin dəyişməsinə səbəb ola bilər.

Mütəxəssislər intensiv fiziki fəaliyyətdən sonra bədənin tədricən sakitləşməsinin, kifayət qədər maye qəbulunun və orqanizmin xəbərdarlıq əlamətlərinə diqqət yetirilməsinin vacibliyini vurğulayırlar. Sinə ağrısı, ciddi nəfəs darlığı və ya huşun itirilməsi kimi əlamətlər olduqda təcili tibbi yardım çağırılmalıdır.//sfera.az

Son xəbərlər