Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ

07.10.2026 11:29 597
Uşağın ürəyi qəfil dayana bilərmi? –  Kardioloqdan XƏBƏRDARLIQ
Türkiyənin Osmaniyə vilayətində kədərli və faciəvi hadisə baş verib. 13 yaşlı Alican Başdoğan qəfildən keçirdiyi ürəktutması (kardial infarkt) səbəbindən dünyasını dəyişib. Yeniyetmənin qəfil səhhətinin pisləşməsindən sonra dərhal həkim briqadası çağırılsa da, göstərilən tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin bütün səylərinə rəğmən 13 yaşlı Alicanın vəfatı ailəsini, yaxınlarını və yerli ictimaiyyəti dərin hüznə boğub. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq araşdırmalara başlanılıb. Belə hallar xüsusilə uşaqlarda ürək-damar xəstəliklərinin vaxtında aşkarlanmasının və mütəmadi tibbi müayinələrin əhəmiyyətini gündəmə gətirir.

Bəs sağlam görünən uşaqlarda qəfil ürək dayanmasına hansı amillər səbəb ola bilər? Uşaqlarda və yeniyetmələrdə qəfil ürək tutmasına hansı ürək-damar problemləri səbəb ola bilər və belə halların qarşısını almaq üçün valideynlər hansı əlamətlərə diqqət etməlidirlər?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən kardioloq İbrahim İsayev deyib ki, uşaqlarda və yeniyetmələrdə qəfil ürək dayanması nadir hallarda rast gəlinən, lakin çox ciddi vəziyyətdir:

“Uşağın zahirən sağlam görünməsi onun ürəyində heç bir problem olmadığı anlamına gəlmir. Bəzi ürək xəstəlikləri uzun müddət heç bir əlamət vermədən gedə və ilk dəfə ağır ritm pozğunluğu ilə özünü göstərə bilər. Belə halların səbəbləri arasında anadangəlmə ürək qüsurları, ürəyin elektrik sistemində olan problemlər, ürək əzələsinin xəstəlikləri və bəzi irsi ritm pozğunluqları ola bilər. Xüsusilə hipertrofik kardiomiopatiya kimi xəstəliklər fiziki aktivlik zamanı təhlükəli ritm pozğunluqlarına səbəb ola bilər. Həmçinin ürək əzələsinin iltihabı miokardit də nəzərə alınmalı səbəblərdəndir. Valideynlər bəzi əlamətlərə diqqətlə yanaşmalıdırlar. Uşaq fiziki fəaliyyət zamanı yaşıdlarından daha tez yorulursa, səbəbsiz huşunu itirirsə, ürəkdöyünmə, sinə ağrısı, nəfəs darlığı və ya başgicəllənmə yaşayırsa, bu hallar mütləq həkim tərəfindən qiymətləndirilməlidir. Xüsusilə idman zamanı və ya idmandan dərhal sonra huşunu itirmə ciddi xəbərdarlıq əlamətidir”.

Həkim diqqətə çatdırıb ki, ailədə gənc yaşda qəfil ürək ölümünün olması da mühüm risk faktorudur:

“Belə bir ailə tarixçəsi varsa, uşaqda heç bir şikayət olmasa belə, kardioloq müayinəsindən keçmək məqsədəuyğundur. Qəfil ürək dayanmasının bütün hallarının qarşısını almaq mümkün deyil. Lakin risk faktorlarının vaxtında müəyyən edilməsi, şikayətlərin diqqətdən kənarda qalmaması və zəruri hallarda elektrokardioqramma, exokardioqrafiya və digər müayinələrin aparılması riski əhəmiyyətli dərəcədə azaltmağa kömək edə bilər. Əsas məsələ odur ki, uşağın “sağlam görünməsi” ilə kifayətlənməyək. Təkrarlanan huşsuzluq, ürəkdöyünmə, sinə ağrısı və fiziki fəaliyyət zamanı nəfəs darlığı kimi əlamətlər varsa, bunu adi yorğunluq kimi qəbul etmək olmaz”.

Ayselскачать dle 11.3
Mojo.az Banner