Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama

28.10.2026 22:42 270
Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama
Buraxılış imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yaxın gələcəkdə elektron formada keçirilməsi hələlik nəzərdə tutulmur.

Median.Az Trend-ə istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd edilib ki, magistraturaya qəbul imtahanlarının elektron formada təşkili ilə bağlı müvafiq hazırlıq işləri aparılır.

"Bununla bağlı əvvəllər də müvafiq elanlar verilib. Hazırda elektron imtahanların dəqiq nə vaxtdan tətbiq olunacağını söyləmək mümkün deyil. Texniki, təşkilati və məzmunla bağlı işlər tam başa çatdıqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək", - deyə əlavə edilib.

Xatırladaq ki, 2026-cı ilin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i, yəni 78,41 faizi dolub. Müqayisə üçün qeyd edək ki, ötən il 16 848 plan yeri ayrılıb və dolma göstəricisi 79,81 faiz olub. Bu il plan yerlərinin sayı ötən illə müqayisədə 810 yer artıb.

Bu il magistraturaya qəbul 67 proqram üzrə aparılıb və proqramlar arasında müsabiqə vəziyyəti fərqli olub. Maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis, aerokosmik mühəndislik və yanğın təhlükəsizliyi mühəndisliyi ixtisaslarına uyğun 4, 8, 21, 52, 55, 57, 60 və 71 nömrəli proqramlar üzrə ayrılmış plan yerləri tam (100 faiz) dolub.

Son xəbərlər