Mojo.az — elanlar
Son Xəbərlər
14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |     14:10 Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi  |     13:47 Təhlükəsizlik riski yaranarsa, turistlər nə etməlidir? – Ekspertdən tövsiyə  |     13:43 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı  |     13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |     12:43 Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq  |     12:27 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat  |     12:19 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb  |     12:17 Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı - Foto  |     12:00 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib  |     11:45 Bakının mərkəzindəki restoranda yanğın - Video  |     11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı - DİQQƏT

22.01.2020 18:33 1 873
Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı - DİQQƏT
2020-ci ildə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilməsi nəzərdə tutulan rezidenturaya qəbul, buraxılış və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının tarixləri müəyyən olunub.

DİM-dən verilən xəbərə görə, bir müddət öncə 2020-ci ilin ilk üç ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan olunmuşdu. Artıq 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyən olunub.

Rezidenturaya qəbulun birinci mərhələsi aprelin 19-da, ikinci mərhələsi isə iyulun 17-də keçiriləcək.

Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının ikinci mərhələsi 7, 14 və 21 iyun tarixlərində keçiriləcək.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi isə iyulun 5-də keçiriləcək.

XI siniflər üzrə buraxılış imtahanları 5, 12 və 19 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 26-da keçiriləcək.

Ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 11-də, II və III ixtisas qrupları üzrə isə mayın 17-də keçiriləcək. İkinci imtahan (yay imtahanı) isə I və IV ixtisas qrupları üzrə iyunun 28-də, II və III ixtisas qrupları üzrə iyulun 10-da keçiriləcək.

İmtahanların qrafiki Mərkəzin saytının “təqvim” bölməsinə də əlavə ediləcək. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik.

Son xəbərlər