Mojo.az — elanlar
Son Xəbərlər
16:55 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb  |     16:49 “Bura od vurub yandıracağam” – Şahidlər sirləri açır  |     16:46 Deputat icra hakimiyyətlərinin ləğv olunması ehtimalından DANIŞDI  |     16:28 TƏBİB-dən sonra növbə hansı qurumlarındır? – Deputat AÇIQLADI  |     16:26 Azərbaycan qripə qarşı yeni vaksinlər aldı  |     14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |     14:10 Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi  |     13:47 Təhlükəsizlik riski yaranarsa, turistlər nə etməlidir? – Ekspertdən tövsiyə  |     13:43 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı  |     13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |     12:43 Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq  |     12:27 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat  |     12:19 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb  |     12:17 Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı - Foto  |     12:00 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib  |     11:45 Bakının mərkəzindəki restoranda yanğın - Video  |     11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Təhlükəsizlik riski yaranarsa, turistlər nə etməlidir? – Ekspertdən tövsiyə

21.10.2026 13:47 306
Təhlükəsizlik riski yaranarsa, turistlər nə etməlidir? – Ekspertdən tövsiyə
Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa ilə bağlı səyahət xəbərdarlığı turistlər arasında müəyyən suallar yaradır. Bəzən vətəndaşlar səfərlərini aylar öncədən planlaşdırır, aviabiletləri və hotelləri əvvəlcədən bron edirlər. Belə hallarda xəbərdarlığın onların səfər planlarına və çəkdikləri xərclərə necə təsir edəcəyi maraq doğurur.

XİN-in Fransa ilə bağlı səyahət xəbərdarlığı fonunda artıq bilet və hotel bronu edən turistlər nə etməlidirlər?

Bu barədə turizm eksperti Əziz Şiriyev Median.Az-a açıqlama verib.

O deyib ki, turizm həssas sahədir və baş verən istənilən proses ona birbaşa təsir göstərir:

“Bu baxımdan, insan təhlükəsizliyi ilə bağlı hər hansı problem yaranarsa, maddi məsələlər ikinci plana keçməlidir. Əgər şəxslər Fransa vizası alıblarsa və ya otel bron ediblərsə, həmin rezervasiyaları ləğv etmək mümkündür. Artıq aviabilet alınıbsa və viza mövcuddursa, alternativ variant kimi həmin ölkəyə səfər etmək və oradan Avropanın digər ölkələrinə keçmək olar. Şengen vizası bir sıra Avropa ölkələrinə səyahət imkanı yaradır. Buna görə də, belə bir viza əldə edilibsə, səfəri tamamilə ləğv etmək əvəzinə, imkanları dəyərləndirərək Avropanın digər ölkələrinə səyahət etməyi tövsiyə edərdim. Digər hallarda isə turizm şirkətləri və aviaşirkətlərin müəyyən etdiyi şərtlərdən asılı olaraq, biletləri geri qaytarmaq və ya səfər tarixini dəyişdirmək, eləcə də otel rezervasiyalarını ləğv etmək mümkündür”.

Aysel

Son xəbərlər