Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

TƏBİB-dən sonra növbə hansı qurumlarındır? – Deputat AÇIQLADI

21.10.2026 16:28 825
TƏBİB-dən sonra növbə hansı qurumlarındır? – Deputat AÇIQLADI
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi dövlət idarəçiliyində struktur dəyişiklikləri və qurumlar arasında səlahiyyət bölgüsünün optimallaşdırılması məsələsini yenidən aktuallaşdırıb. Bu qərar digər sahələrdə də oxşar funksiyaları yerinə yetirən dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və birləşdirilməsi zərurəti ilə bağlı müzakirələrə zəmin yaradıb.

Bəs Azərbaycanda hansı sahələrdə idarəetmə mexanizmlərinin yenidən qurulmasına, dövlət qurumlarının birləşdirilməsinə və səlahiyyətlərin vahid mərkəzdə cəmləşdirilməsinə ehtiyac var?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib:
Rəşad Mahmudov
"Hesab edirəm ki, cənab Prezidentin TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı qəbul etdiyi qərara yalnız səhiyyə sistemində aparılan struktur dəyişikliyi kimi deyil, dövlət idarəçiliyinin daha səmərəli və çevik təşkilinə yönəlmiş islahatların məntiqi davamı kimi baxmaq lazımdır".

Deputat qeyd edib ki, müasir dövlət idarəçiliyində əsas məsələ qurumların sayının çoxluğu və ya azlığı deyil, onların fəaliyyətinin nə dərəcədə əlaqələndirilməsi, səlahiyyətlərin düzgün bölüşdürülməsi və qəbul edilən qərarların vətəndaşın həyatına real təsiridir.

Rəşad Mahmudovun fikrincə, bu baxımdan təkcə səhiyyədə deyil, təhsil, sosial müdafiə, məşğulluq, regional idarəetmə, kommunal xidmətlər və rəqəmsal dövlət xidmətləri sahələrində də mövcud idarəetmə mexanizmlərinin mütəmadi təhlilinə ehtiyac var. Xüsusilə eyni və ya bir-birini təkrarlayan funksiyaların müxtəlif qurumlar arasında bölüşdürülməsi bəzən qərarların qəbulunu ləngidir, əlavə bürokratik prosedurlar yaradır və məsuliyyət bölgüsünü çətinləşdirir.
Ancaq bu, həmin sahələrdə fəaliyyət göstərən qurumların mütləq birləşdirilməsi anlamına gəlməməlidir.

Millət vəkili əlavə edib ki, bəzi hallarda struktur birləşməsi, digər hallarda isə səlahiyyətlərin dəqiq müəyyənləşdirilməsi, vahid informasiya sistemlərinin yaradılması və qurumlararası koordinasiyanın gücləndirilməsi daha effektiv nəticə verə bilər.

R. Mahmudov sonda vurğulayıb ki, dövlət idarəçiliyinin gələcək inkişafında əsas prinsip vahid dövlət siyasəti, aydın məsuliyyət bölgüsü, çevik icra mexanizmi və şəffaf hesabatlılıq olmalıdır. Ən vacibi isə odur ki, istənilən struktur islahatının uğuru onun nəticəsi ilə ölçülməlidir. Əgər vətəndaş daha az bürokratiya ilə qarşılaşırsa, xidmətə daha sürətli və keyfiyyətli çıxış əldə edirsə, dövlət resurslarından daha səmərəli istifadə olunursa, deməli, həmin islahat öz məqsədinə çatıb. Bu mənada səhiyyədə atılan son addımı dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində daha geniş yanaşmanın mühüm nümunəsi hesab edirəm.

Son xəbərlər