Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?

19.10.2026 17:28 1 377
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?
Azərbaycanda səhiyyə sisteminin idarə olunması ilə bağlı yeni qərar qəbul edilib. Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Dəyişiklik səhiyyə sahəsində idarəetmə mexanizmlərinin yenidən qurulmasını və qurumlar arasında səlahiyyət bölgüsünü yenidən gündəmə gətirir. Bəs bu qərar dövlət tibb müəssisələrinin fəaliyyətinə, səhiyyə sistemində idarəetmənin səmərəliliyinə və vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinə necə təsir edəcək?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən həkim-terapevt Məlahət Hümmətqızı bildirib:
"Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin imzaladığı bu fərman, səhiyyə sistemimizdə idarəetmənin təkmilləşdirilməsi baxımından çox mühüm və müsbət bir addımdır"

Mütəxəssisin fikrincə, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi, ilk növbədə qurumlar arasında səlahiyyət bölgüsünü dəqiləşdirəcək. Bu dəyişikliyi dövlət xidmətlərində geniş tədbiq olunan "pəncərə" sistemi ilə də əlaqələndirmək olar. Yəni, vətəndaş üçün bu proseslər sadələşəcək, idarəetmədə vahidlik təmin olunacaq, qərar qəbul etmə sürətlənəcək və bürokratik maneələr aradan qaldırılacaq.

Məlahət Hümmətqızı qeyd edib ki, ən əsası, bu islahat dövlət tibb müəssisələrində fəaliyyətin daha yaxşı koordinasiya olunmasına, resursların düzgün bölüşdürülməsinə və nəticə etibarilə vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha yüksək səviyyə çatmasına xidmət edəcək.

Həkim sonda vurğulayıb ki, bu qərar Azərbaycan səhiyyəsini daha dayanıqlı, müasir çağırışlara cavab verən və vətəndaşyönümlü bir sistemə çevirəcək. Dövlətin bu istiqamətdə atdığı adımlar gələcəkdə səhiyyə sahəsində daha böyük uğurlara zəmin yaradacaq.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər