Mojo.az Banner
18:23 Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO  |     18:07 İsrailin müdafiə naziri: "Yaxın günlərdə İrandakı hədəflərə zərbələrin miqyası artırılacaq"  |     17:25 "Şamaxinka"da sürücülər üçün YENİLİK: Xüsusi zolaq LƏĞV EDİLDİ - Video  |     17:22 SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Martın 23-dən Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI  |     17:20 TDT liderlərinin növbəti görüşü Türküstanda keçiriləcək  |     14:53 "Qarabağ"ın legionerləri Polşa və Monteneqro millilərinə dəvət aldılar  |     14:48 Ötən gün bölgələrə 14 minə yaxın sərnişin daşınıb  |     14:45 Bakıda müəllim bayram günü əri tərəfindən qətlə yetirildi  |     14:42 Sabah 16 dərəcə isti olacaq  |     14:41 İranın Natanzdakı nüvə obyekti vuruldu  |     14:14 Bu ərazi qazsız qaldı  |     13:44 Qətərdəki dünya çempionatı ləğv edildi  |     13:33 Bu ölkədə güclü zəlzələ oldu  |     13:25 TƏBİB bu nazirliyə birləşdirilir  |     13:19 Münasibətin bitdiyini göstərən 4 əsas əlamət  |     13:04 Azərbaycan nefti yenidən bahalaşıb  |     00:38 Kamran Əliyevə ağır itki  |     21:00 Leyla Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib - Video  |     20:41 Bakıda avtomobil qəza nəticəsində yandı  |     19:37 Azərbaycana yaz gəldi  |    
Left Banner
Right Banner

TƏBİB bu nazirliyə birləşdirilir

21.03.2026 13:25 171
TƏBİB bu nazirliyə birləşdirilir
Prezident İlham Əliyev icbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı mühüm Fərman imzalayıb. Sənədə əsasən, əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı sistem yenidən qurulur və bu sahədə bir sıra səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) verilir.

Fərmana uyğun olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birləşdirilərək nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılıb. Yeni qurum icbari tibbi sığortanın tətbiqi, maliyyə vəsaitlərinin idarə olunması, tibbi xidmətlərin maliyyələşdirilməsi və əlilliyin müəyyən edilməsi kimi əsas funksiyaları özündə cəmləyəcək.

Eyni zamanda, dərman təminatı səlahiyyətləri TƏBİB-ə, reabilitasiya xidmətləri isə Sosial Xidmətlər Agentliyinə ötürülür. Yeni agentliyin idarə olunması 5 nəfərlik İdarə Heyəti tərəfindən həyata keçiriləcək və keçid dövründə mövcud qurumlar fəaliyyətini davam etdirəcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri artıq əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə həvalə olunub.

Median.Az xəbər verir ki, hökumət mənbələrindən Modern.az-a verilən məlumata görə, səhiyyə sahəsində islahatlar bununla yekunlaşmayacaq.

Belə ki, növbəti mərhələdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Səhiyyə Nazirliyinə birləşdirilməsi məsələsinə baxıla bilər. Bu istiqamətdə müzakirələrin getdiyi bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl birləşdirmə ilə bağlı suala cavab verən səhiyyə naziri Teymur Musayev səhiyyə sahəsində mərhələli şəkildə islahatların aparıldığını bildirmişdi.

Qeyd edək ki, TƏBİB 2018-ci ildə Prezident fərmanı ilə yaradılıb və hazırda səhiyyə sistemində əsas icraedici qurumlardan biri kimi fəaliyyət göstərir.

Prezidentin 13 may 2022-ci il tarixində imzaladığı Fərmana əsasən, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti ölkə başçısının vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.

TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən, səhiyyə nazirinin müavinindən, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, Agentliyin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə formalaşdırılıb.

Nəzərə alsaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi artıq ləğv edilib, onun sədri isə səlahiyyətlərini itirib, onda TƏBİB-in Müşahidə Şurasının yenidən formalaşdırlacağı məsləsinə baxılması gündəmdə olacaq. Hətta deyildiyi kimi, TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi də gözləniləndir.
скачать dle 11.3
Mojo.az Banner