Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar
Bu yanaşmanı müasir dövrə tətbiq edənlər isə maraqlı bir iddia irəli sürüblər: xoruz əti kişilərdə testosteron səviyyəsini artırır, toyuq əti isə azaldır. Hətta marketlərdə toyuq ətinin geniş yayılmasını kişilərin davranışındakı dəyişikliklərlə və zamanla yumşaqlıq kimi əlaqələndirənlər də var.
Bəs bu fikirlərin elmi əsası varmı? İnsan istehlak etdiyi heyvanın xarakterik xüsusiyyətlərini mənimsəyə bilərmi? Yoxsa bütün bunlar nəsildən-nəslə ötürülən inanclar və xalq mülahizələrindən ibarətdir?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən qida təhlükəsizliyi üzrə mütəxəssis-ekspert Ağa Salamov bildirib:
"Savadsız mollalara görə İslam dini çox geri qalıb. Bəzi savadsız "dindarlar" elmi əsaslara söykənməyən xurafatlar səsləndirirlər. Eyni zamanda onlar Yer kürəsinə 6 min il yaş verirlər. Onların sirkon mineralından, karbon 14-dən belə xəbərləri yoxdur".
Ağa Salamovun sözlərinə görə, Türkiyədə belə insanların sayı hədsiz çoxdur. Kişilərdə testosteronu aşağı salan estrogen maddəsidir. Estrogen maddəsi yüksələndə, qadın hormonları yüksəlmiş olur. Toyuq əti kişilərdə estrogen səviyyəsini nəzərə çarpacaq dərəcədə aşağı salacaq bir qida deyil.Mütəxəssis qeyd edib ki, toyuq ətinin kişilərdə qadın hormonunu çoxaltması ilə bağlı heç bir elmi sübut da yoxdur. Bu, daha çox mifdir. Əslində, broyler toyuqlarının kişilərə ciddi zərərləri ilə əlaqədar elmi tədqiqatlar da mövcud deyil.
Qida üzrə ekspert əlavə edib ki, elmi baxımdan yanaşsaq, toyuq ətindəki estrogen maddəsi o qədər azdır ki, insan orqanizminə hormonal dəyişiklik yaratmaq üçün kifayət etmir. Hətta bu barədə həkimlər də bildiriblər ki, kişilərdə estrogen səviyyəsini artırmaq üçün gündə yüzlərlə mikroqram estrogen qəbul etmələri lazımdır. Halbuki toyuq ətində estrogen, bu miqdar qat-qat, milyon dəfə aşağı səviyyədədir.
Ağa Salamov sonda vurğulayıb ki, gərək, toyuq ətində estrogen səviyyəsi 100 mikroqram ola ki, o, kişilərə təsir edə bilə... Çünki toyuq ətində təxminən 13-18 nanoqram başına dəyişən estrogen maddəsi var. Bu da çox
cüzi
bir
göstəricidir. Bəli, heyvanlara hormonal yemlərin verilməsinin mən də tərəfdarı deyiləm. Bəzi ölkələrdə bunlar qadağan olunub. Bu gün Azərbaycanda da hormonal yemlər yoxdur. Çünki Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bunun qarşısını alır. Heyvanlara adətən soya, qarğıdalı, yağ və s. kimi qarışımlardan hazırlanmış vitaminli yemlər verilir. Bu, onların immun sisteminin zəifləməməsi və xəstələnməməsi üçün nəzərdə tutulub.Dəniz Pənahova
Median.Az