Mojo.az Banner
13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |     13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |     13:06 Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?  |     13:05 Mirzoyan: "TRIPP yolu üzərində ABŞ-nin hərbi mövcudluğu ehtimalı İranı narahat edir"  |     13:04 Azərbaycan nefti ucuzlaşdı  |     12:23 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var  |     12:19 Rəsmi Bakı Pakistana başsağlığı verib  |     12:16 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər  |     12:13 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi  |     12:09 Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu  |     12:00 İlon Mask uçan avtomobilini təqdim etdi - Video  |     11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat

14.10.2026 11:18 318
Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat
Yevlaxda bir yaşlı oğlunun sağlamlığına xüsusi amansızlıqla, ağır iztirablar verməklə qəsdən ağır zərər vurması və ehtiyatsızlıqdan uşağın ölümünə səbəb olması ilə bağlı təqsirləndirilən İlhamə Camal qızının məhkəmə prosesi başa çatıb.

Median.Az
Xitab24.az-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində hökm oxunub.

Hökmə əsasən, 1991-ci il təvəllüdlü ana 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlum olub ki, İlhamə azyaşlı oğlunun ağlamasından əsəbiləşərək onun bədəninin müxtəlif nahiyələrinə əli ilə qəsdən zərbələr endirib. Uşağın bundan sonra da ağladığını görən qadın oğlu Məhəmmədi əlləri ilə yuxarı qaldıraraq hündürlükdən taxta döşəməyə çırpıb.

Məhəmməd çatdırıldığı Yevlax Şəhər Xəstəxanasında beş gün sonra həyatını itirib.

Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. O, əvvəllər dörd dəfə rəsmi nikah bağlamadan ailə həyatı qurduğunu və bu münasibətlərdən altı uşağının dünyaya gəldiyini bildirib. İlhamə məqsədinin övladını öldürmək deyil, ağladığı üçün onu cəzalandırmaq olduğunu deyib.

İlhamə həmçinin bildirib ki, uşaqlarını dünyaya gətirdikdən az sonra onların qayğısına qalmaq üçün atalarının uzaq qohumlarına verib. Hazırda övladlarının harada olduqları barədə məlumatının olmadığını deyən qadın uşaqlarının adlarını da xatırlamadığını qeyd edib.скачать dle 11.3
Mojo.az Banner