Mojo.az Banner
SON DƏQİQƏ
16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |    
Mojo.az Avto
Mojo.az Avto

Mirzoyan: "TRIPP yolu üzərində ABŞ-nin hərbi mövcudluğu ehtimalı İranı narahat edir"

16.10.2026 13:05 309
Mirzoyan:
"İran rəsmiləri bizdən "Tramp marşrutu"nda ABŞ-nin hərbi iştirakının olub-olmayacağını soruşub və "yox" cavabı alıb".

Median.Az
Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehranın TRIPP layihəsinə olan münasibətini şərh edərkən bildirib.

"Onlarda belə bir sualın yaranması tamamilə normaldır. Biz cavabımızı verdik. Tehran isə qeyd edir ki, əgər yoxdursa, bu, çox yaxşıdır. Çünki onlar da bu dəmir yolundan istifadə edə biləcəklər", - deyə Mirzoyan vurğulayıb.

Nazir həmçinin qeyd edib ki, əksər hallarda Ermənistanda Tehranın TRIPP layihəsinə olan mövqeyi yanlış və ya şişirdilmiş formada təqdim olunur.

İran rəsmilərinin üçüncü ölkələrin iştirakının regionda sabitliyi poza biləcəyi ilə bağlı bəyanatlarına gəldikdə isə Mirzoyan onlarla konseptual olaraq razılaşdığını bildirib və deyib:

"Üçüncü tərəfin hərbi mövcudluğunun digər iki tərəfin həyatını çətinləşdirməsi danılmaz bir həqiqətdir".

Qeyd edək ki, hələ sentyabr ayında İranın Ermənistandakı səfiri Xəlil Şirqolami Tehranın İrəvana TRIPP layihəsi üzrə fikir mübadiləsi mexanizmi yaratmağı təklif etdiyini və bunun mövcud narahatlıqları aradan qaldırmağa imkan verəcəyini açıqlamışdı.

Diplomat xatırladıb ki, ABŞ Prezidenti Donald Trampın İran xalqına qarşı düşmənçilik siyasətini nəzərə alaraq, Tehran bu layihə ilə bağlı Ermənistana öz narahatlığını bildirmişdi. Bununla yanaşı, onun sözlərinə görə, mövcud məsələləri İrəvan və Tehran arasında mehriban qonşuluq və dostluq mühitində həll etmək mümkündür.

Xatırladaq ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşün nəticələrinə əsasən, Azərbaycan lideri İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh nizamlanması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyasının yaradılması barədə birgə bəyannamə imzalayıblar. Bu layihə "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) adını alıb.

TRIPP layihəsi Ermənistanın Sünik vilayətindən keçəcək strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur.скачать dle 11.3

Son xəbərlər