Mojo.az Banner
SON DƏQİQƏ
12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb

19.10.2026 11:29 117
"Flydubai" aviaşirkətinin kapitanı Smit Maççar ikinci pilotun ona bir neçə dəfə balta ilə zərbə endirdiyini və təyyarəni Ərəbistan səhrasına doğru yönəltdiyini bildirib.

Kapitan xəstəxanada müalicə aldığı palatada "The National" qəzetinə müsahibəsində hadisənin təfərrüatını danışıb.

Təyyarə Dubaydan Tel-Əvivə uçurmuş. Maççarın sözlərinə görə, ikinci pilot iki saat ərzində onun yanında oturub. Qəfildən ona zərbələr endirməyə başlayıb. Bu zaman təyyarə bir dəqiqədən az müddətdə 17 000 fut (təxminən 5 180 metr) hündürlük itirib.

"Mən bacardığım qədər zərbələrin qarşısını almağa çalışırdım. Kömək üçün qışqıraraq həmkarlarımı çağırırdım. Üzüstə yıxılmışdım", - deyə Maççar bildirib.

Kapitanın sözlərinə görə, əvvəlcə başına dəyən ilk zərbənin avadanlığın bir hissəsinin düşməsi nəticəsində baş verdiyini düşünüb. Lakin ardınca ona yenidən zərbələr endirilib.

"Mənə ilk zərbə dəyəndə təyyarənin konstruksiyasında nəsə baş verdiyini və hansısa detalın başıma düşdüyünü düşündüm. Az qala idarəetmə sükanının üstünə yıxılacaqdım. Bir neçə saniyə sonra zərbələr davam edəndə məni başqa bir insanın - komanda yoldaşım hesab etdiyim şəxsin vurduğunu anladım", - deyə o danışıb.

Maççarın sözlərinə görə, ilk növbədə təhlükəsizlik kəmərini açmağa və başına endirilən zərbələrdən mümkün qədər qorunmağa çalışıb.

"İlk zərbələr endiriləndə görmə sahəm o qədər daraldı ki, demək olar, heç nə görmürdüm", - deyə o bildirib.

"Flydubai"nin kapitanı hadisələrin ardıcıllığını və onların arasında nə qədər vaxt keçdiyini dəqiq xatırlamadığını qeyd edib. Bununla belə, onun sözlərinə görə, bir neçə cəhddən sonra qan itirməsinə və huşunu itirməsinə baxmayaraq, kabinənin qapısını açmağa nail olub.

Kapitanın sözlərinə görə, hücum edən şəxs təyyarəni kəskin şəkildə aşağı yönəldəndə özünə gəlib. Həmin vaxt ekipaj üzvləri və sərnişinlər kabinənin digər tərəfindən qapını döyməyə başlayıblar.

"Ən dəhşətlisi eşitdiyim və hiss etdiyim şey idi: mühərriklərin dövrləri azalmağa başladı. Təyyarənin kəskin şəkildə aşağı endiyini hiss etdim. Həmin an sağ qalmayacağımı anladım. Daim qapını axtarırdım. Ona çatmağa çalışırdım. Qapını itələdim... Bir də, üzüstə uzanmağımı xatırlayıram. Allaha şükür, kabinənin qapısı açıq idi", - deyə Maççar bildirib.

Hadisə zamanı sərnişinlər arasında olan və yaralı kapitana yardım göstərən stomatoloq Şota Musayevin sözlərinə görə, Maççarın başı və sol qolu şiddətlə qanayırmış.

"Onun çox dərin kəsikləri var idi və bizə çoxlu buz paketi lazım oldu. Amma qanaxmanı yoxlamaq üçün hər dəfə köynəyini qaldıranda qan daha güclü axmağa başlayırdı. Buna görə də yaralara həddindən artıq təzyiq göstərmədən buz qoyurdum. Bütün 45 dəqiqə ərzində yaralara təzyiq göstərməyə davam etdim", - deyə o bildirib.
скачать dle 11.3

Son xəbərlər