Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Filipp Kirkorov və uşaqlarının olduğu təyyarədə həyəcan yaşandı

18.06.2019 23:52 2 087
Filipp Kirkorov və uşaqlarının olduğu təyyarədə həyəcan yaşandı
Rusiyanın pop kralı, müğənni Filipp Kirkorovun uşaqları ilə birgə uçduğu təyyarə Moskvanın “Domodedovo” hava limanına qəza enişi edib.

S7 şirkətinə məxsus təyyarədə Varna şəhərindən Moskvaya uçan sənətçi tərəfindən bu uçus heç zaman unudulmayacaq.

Enməyə hazırlaşan təyyarənin təkərləri eniş zolağına bərk dəyib, o yenidən havaya qalxaraq ikinci dəfə dövrə vurub.

Təyyarənin sərnişinləri qorxduqları üçün qışqırmağa başlayıblar. İkinci cəhddə, ekipaj üzvləri peşəkarlıq nümayiş etdirərək, müvəffəqiyyətlə təyyarəni yerə endirə biliblər.

Kirkorovun yaxınlığında əyləşən sərnişinlərdən biri hadisənin detallarını bu cür şərh edib :

“Təyyarə yerə güclü zərbə ilə endi. İnsanlar qışqırmağa, ağlamağa, dua etməyə başladılar. Hamımız çox böyük sarsıntı keçirtdik. Bizə hadisə ilə bağlı heç bir şey izah etmədilər. Hər şeyin qaydasında olduğunu elan etdilər. Filipp özü də şokda idi və əvvəllər belə bir şeyin onun başına gəlmədiyini söylədi. Xoşbəxtlikdən müğənninin uşaqları baş verən olaydan bixəbər olduqları üçün qorxmamışdılar”.

Son xəbərlər