Novruz bayramı günü bibisinin oğlunu öldürdü
Bu ilin mart ayında bibisi oğlu - 1976-cı il təvəllüdlü Rövşən Abdullayevi bıçaqlayaraq öldürən Rizvan Söhbətova hökm oxunub.
Median.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 120.1 və 228.5-ci maddələri ilə təqsirli bilib.
Hadisə Novruz bayramı günü Saatlı rayonunun Fətəlikənd kəndində baş verib. Araşdırmalar zamanı məlum olub ki, həmin gün Rövşən və Rizvanın böyük qardaşı Ərşad arasında kafenin qarşısında münaqişə olub. Bu zaman Rizvan onlara müdaxilə edərək ayırıb. Qardaşının bibisi oğlu tərəfindən döyülməsini qəbul edə bilməyən R.Söhbətov evdən bıçaq götürərək qisas almaq məqsədilə geri qayıdıb və Rövşənə bir neçə zərbə endirib. R.Abdullayev aldığı xəsarətlərdən ölüb.
Məhkəmədə Rövşənin yaxınları cinayətdə Ərşadın da iştirak etdiyini iddia ediblər.
Hökmə əsasən, 49 yaşlı Rizvan Söhbətov 14 il həbs cəzasına məhkum olunub.