Mojo.az Banner
SON DƏQİQƏ
17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb

19.10.2026 16:52 102
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfəri çərçivəsində bu ölkənin parlamentinin (Joqorku Keneş - Ali Şura - red.) sədri Marlen Mamatalıyev ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə xalqlarımız arasında tarixi-mədəni, milli-mənəvi bağların əhəmiyyəti vurğulanaraq, bu gün dövlətlərimiz arasında mövcud olan yüksək səviyyəli münasibətlərdən, həyata keçirilən qarşılıqlı səfərlərdən, görüşlərdən və təmaslardan məmnunluq ifadə olunub. Tərəflər Azərbaycan-Qırğızıstan qardaşlıq münasibətlərinin inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini təsdiq ediblər.

Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına son dövlət səfərinin mühüm hadisə olduğu və münasibətlərimizin müttəfiqlik səviyyəsinə yüksəlməsinə töhfə verdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan və Qırğızıstanın dövlət başçılarının səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf edərək, bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsini təmin edib.

Söhbət zamanı humanitar əlaqələrin inkişafı, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran addımların əhəmiyyəti ilə bağlı da fikirlər səsləndirilib. Marlen Mamatalıyev Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstan xalqının hədiyyəsi olan orta məktəbin, eləcə də Bişkekdə Heydər Əliyev adına məktəb-gimnaziya kompleksinin və Nizami Gəncəvi adına məktəbin xalqlarımız arasında səmimi dostluğun və qardaşlıq münasibətlərinin rəmzi olduğunu qeyd edib. O, Bakıda Çingiz Aytmatovun abidəsinin ucaldıldığını və bunu böyük Qırğız yazıçısının xatirəsinə diqqət və ehtiram kimi yüksək qiymətləndirdiklərini deyib.

Spiker Sahibə Qafarova da xalqlarımızı birləşdirən tarixi, mədəni və mənəvi köklərin münasibətlərimizin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, parlamentlər arasında münasibətlərin bu istiqamətdə əhəmiyyətini qeyd edib.

Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin münasibətlərimizin yüksək səviyyəsinə uyğun olaraq daha da inkişaf etdiyi vurğulanıb, parlament komitələri və dostluq qruplarının fəaliyyətinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Söhbət zamanı parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsində Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) çərçivəsində əməkdaşlığın mühüm rol oynadığı vurğulanıb. Həmçinin, türk dövlətləri arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini də vurğulayıblar. Bu platformalarda hər zaman qarşılıqlı dəstəyin hiss olunduğu qeyd edilib və ölkələrimizin gələcəkdə də bir-birini dəstəkləməyə davam edəcəklərinə əminlik ifadə olunub.

Görüşdə parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirə aparılıb və bir sıra məsələlərə dair fikir birliyi əldə olunub.скачать dle 11.3

Son xəbərlər