Mojo.az Banner
Son Xəbərlər
18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |     17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

Sahibə Qafarova BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb

07.05.2025 21:47 756
Sahibə Qafarova BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova rəsmi səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb.

Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, bu səfərin parlamentlərimiz arasında əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Spiker Sahibə Qafarova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi, iqtisadi və digər sahələrdə sıx əməkdaşlığın mövcud olduğu qeyd edilərək, bu əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanların mövcud olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, ölkə başçıları arasında fəal siyasi dialoq və müntəzəm təmaslar əməkdaşlığın inkişafında çox mühüm rol oynayır. Dövlət başçılarımızın müəyyən etdiyi strateji istiqamətlərin dövlət qurumları tərəfindən ardıcıl şəkildə reallaşdırılması əlaqələrimizin müxtəlif sahələr üzrə inkişafına imkan yaradıb və ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qeyd olunub ki, ölkələrimizin liderlərinin uğurlu rəhbərliyi ilə dövlətlərimiz və xalqlarımız böyük nailiyyətlər əldə ediblər.

Görüşdə dövlətlərimiz arasında əməkdaşlığın mühüm bir istiqaməti kimi parlamentlərimiz arasında da əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. Spiker Sahibə Qafarova bu səfərin onun Milli Məclisin sədri kimi Birləşmiş Ərəb Əmirliklərinə ilk səfəri olduğunu bildirərək, səfər çərçivəsində apardığı danışıqlar barədə məlumat verib. O, dünən imzalanan Azərbaycan Respublikası Milli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında Anlaşma Memorandumunun əhəmiyyətini qeyd edərək, deyib ki, bu sənəd tərəflər arasında əməkdaşlığın daha da genişlənməsinə imkan verəcək.

Həmçinin diqqətə çatdırılıb ki, parlamentlərimiz ikitərəflə əsasda olduğu kimi, beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edirlər. Parlament üzvlərimiz Parlamentlərarası İttifaq, İƏTPA, Asiya Parlament Assambleyası, xüsusilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi kimi təşkilatlarda sıx əlaqə saxlayır və bir-birini dəstəkləyir.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti parlamentlər arasındakı əlaqələrin dövlətlərarası münasibətlər sistemində önəmli yer tutduğunu vurğulayıb. Bildirilib ki, bu sahədə əməkdaşlığın dərinləşməsi xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir.

Söhbət zamanı humanitar sahədə də əlaqələrin önəmi ifadə edilərək, qeyd olunub ki, təhsil, elm, mədəniyyət sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı əsasda mədəni tədbirlərin davam etdirilməsi, şəhərlər və regionlar arasında əlaqələr xalqlarımızı daha da yaxınlaşdıra biləcək təşəbbüslərdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər