Mojo.az Banner
23:02 Rusiyada poçt işçisi 780 min dollardan çox pul oğurlayıb şöbəni yandırmağa cəhd etdi  |     22:43 Xəzərdəki gəmilərin vurulması təhlükəlidir - Peskov  |     22:38 Kondisioner görün hansı xəstəliklərə səbəb olur – XƏBƏRDARLIQ  |     22:31 Qobustanda yeni avtomobil körpüsü istifadəyə verilib  |     22:25 "Hərbi əməliyyatlar bərpa olunacaq” - Tramp  |     22:20 Bakıda küləkli havada 5 yaşlı uşaq xəsarət aldı  |     22:12 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib  |     22:11 Quba-Qusar yolunda "Mercedes" yük maşını ilə toqquşdu: Ölən var  |     22:10 Rusiya ordusunun ştat sayı artırıldı - Putin fərman imzaladı  |     22:01 “iPhone 18”-in təqdimat tarixi dəyişdi  |     21:55 Ən romantik və ən qısqanc BÜRCLƏR  |     21:50 Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR  |     21:42 Bu ərazilərdə qaz olmayacaq  |     21:35 Telefonlar BAHALAŞACAQ  |     21:29 Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu  |     21:22 Rumıniya Rusiya diplomatını ölkədən çıxarır  |     21:17 Azərbaycan güləşçisi dünya çempionatının finalında  |     21:09 HƏMAS-ın təhlükəsizlik xidmətinin rəhbəri öldürüldü  |     21:02 Masallıda BƏDBƏXT HADİSƏ: Çayda üzərkən xəsarət alan gənc 10 gün sonra öldü  |     20:56 "Ford" yarım milyondan çox avtomobilini geri çağırır  |    
Left Banner
Right Banner

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB

09.01.2024 13:17 2 754
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin oğlu Şeyx Həmdan bin Məhəmməd Əl Nəhyan iştirak ediblər.

Sonra səfər çərçivəsində imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.

Qeyd edək ki, səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişmələri və Ətraf Mühit Nazirliyi arasında Niyyət Protokolu”, “ADA Universiteti ilə Anvar Qarqaş Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu”, “Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi”, “Azərbaycanda quruda quraşdırılacaq 1 GVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi”, “ADNOC və SOCAR şirkətləri arasında Strateji Əməkdaşlıq Sazişi” imzalanıb.

Daha sonra danışıqlar təkbətək görüş əsnasında davam etdirilib.

* * * * *

Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub.


AZƏRTAC xəbər verir ki, görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin oğlu Şeyx Həmdan bin Məhəmməd Əl Nəhyan iştirak ediblər.скачать dle 11.3
Mojo.az Banner