Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Goranboyda avtomobil dərəyə aşıb, ölən var

03.11.2026 22:48 66
Goranboyda avtomobil dərəyə aşıb, ölən var
Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az 
apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Todan kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Lada NİVA” markalı minik avtomobili idarəetməni itirərək təxminən 150 metr hündürlükdən dərəyə aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, 64 yaşlı R. Həsənəliyeva hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R. Həsənəliyeva Birinci Qarabağ müharibəsinin şəhidi Sirac Həsənəliyevin anasıdır.

Son xəbərlər