Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Astarada maşın dərəyə aşdı: Ölən var

06.10.2026 13:22 465
Astarada maşın dərəyə aşdı: Ölən var
Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Hamoşam kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Əlikram Abdulla oğlu Ağayev yaşadığı ərazidə VAZ-2121 markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib, maşın yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində sürücü həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb.
//oxu.az

Son xəbərlər