Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Kəlbəcərdə maşın aşıb, ölən var

28.11.2023 21:03 3 045
Kəlbəcərdə maşın aşıb, ölən var
Kəlbəcərdə maşın aşıb, ölən var.

DİN-in Mətbuat Xidmətinin bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakini, 1969-cu il təvəllüdlü Adil Həsənov "Niva" markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb və nəticədə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər