Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama
Bəzi mağaza və obyektlərin qarşısında yol kənarındakı səkilərin özbaşına genişləndirilməsi, əraziyə müxtəlif əşyaların və qurğuların yerləşdirilməsi piyadaların hərəkətinə mane olur. Bu hallar xüsusilə səkilərin daraldığı ərazilərdə insanların rahat və təhlükəsiz hərəkətini çətinləşdirir.
Mağaza və digər obyekt sahiblərinin səkiləri özbaşına genişləndirməsi, piyadaların hərəkət zolağına müxtəlif əşyalar yerləşdirməsi qanunvericilik baxımından hansı məsuliyyət yaradır?
Median.Az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, əgər hər hansı şəxs dövlətə məxsus ərazini qanunsuz olaraq zəbt edir və orada mağaza, köşk və ya digər qurğu inşa edirsə, bu, qanunvericiliyin tələblərindən asılı olaraq, dövlət əmlakının qanunsuz tutulması kimi qiymətləndirilə və cinayət məsuliyyətinə səbəb ola bilər:
“Ən azı, belə hallarda müvafiq inzibati məsuliyyət məsələsi araşdırılmalı, qanunsuz tikinti və ya ərazidən istifadə faktı təsdiqlənərsə, qanunla nəzərdə tutulan tədbirlər görülməlidir. Lakin burada əsas məsələ təkcə qanunsuz tikililərin mövcudluğu deyil, həm də onların necə və hansı şəraitdə inşa edilməsidir. Çünki heç kim ictimai ərazidə özbaşına tikinti apararkən bunun nəticələrini və mümkün hüquqi məsuliyyəti nəzərə almadan hərəkət etməməlidir. Belə obyektlərin uzun müddət fəaliyyət göstərməsi isə müvafiq dövlət qurumlarının nəzarətinin nə dərəcədə effektiv olduğu ilə bağlı suallar yaradır. Bu problem yalnız mağazalar və köşklərlə məhdudlaşmır. Şəhərin müxtəlif ərazilərində avtomobil yuma məntəqələrinin piyada səkilərinə doğru genişləndirildiyini, bəzi tikililərin piyadaların hərəkətinə mane olduğunu da görmək mümkündür. Halbuki piyada səkiləri insanların təhlükəsiz və maneəsiz hərəkəti üçün nəzərdə tutulub”.
O qeyd edib ki, həmin ərazilərin qanunsuz şəkildə zəbt edilməsi və ya kommersiya məqsədilə istifadə olunması vətəndaşların hüquqlarının pozulması deməkdir:
“Belə hallarda sual yaranır ki, bu obyektlər tikilərkən və fəaliyyət göstərərkən aidiyyəti qurumlar hara baxır? Əgər qanunsuz tikinti və ərazi zəbt edilməsi halları açıq şəkildə müşahidə olunursa, nə üçün vaxtında müdaxilə edilmir? Qanun pozuntusu aşkar edildikdən sonra tədbir görülməsi ilə yanaşı, həmin pozuntunun ilkin mərhələdə qarşısının alınması da vacibdir. Əgər qanunsuz tikililərə uzun müddət göz yumulursa, bu, nəzarət mexanizmlərinin effektivliyi ilə bağlı ciddi şübhələr yaradır. Konkret hallarda vəzifəli şəxslərin qanunsuz fəaliyyətə bilərəkdən şərait yaratması və ya buna qanunsuz müdaxilə etməməsi müəyyən edilərsə, korrupsiya və digər hüquq pozuntuları ilə bağlı məsələlər də araşdırılmalıdır. Bununla belə, hər bir halda korrupsiya faktının mövcudluğu müvafiq sübutlar əsasında müəyyən edilməlidir. Əsas problem qanunların mövcudluğu deyil, onların hamıya eyni qaydada tətbiq olunmasıdır. Dövlət əmlakının zəbt edilməsinə, piyada səkilərinin tutulmasına və qanunsuz tikintilərə qarşı ardıcıl tədbirlər görülməzsə, bu cür hallar davam edəcək. Ona görə də aidiyyəti qurumlar yalnız cərimə tətbiq etməklə kifayətlənməməli, qanunsuzluğun arxasında dayanan səbəbləri də araşdırmalı və məsul şəxslərin qanun qarşısında cavab verməsini təmin etməlidirlər”.
Aysel