Mojo.az Banner
12:41 Lənkəranda narkotik bitkilər yetişdirən 3 nəfər həbs edildi  |     12:40 Generalın oğlu vəzifəsindən azad edildi  |     12:22 Benzinlə bağlı mühüm açıqlama: Qiymətlər…  |     12:10 Ekspertdən reaksiya: "Quzu ətini zərərli adlandırmaq gülünc yanaşmadır"  |     11:49 Hər gün taksiyə pul xərcləmək, yoxsa avtomobil almaq? – Açıqlama  |     11:40 Yevlaxda xilas olmaq istəyən balıqçı özünü suya atdı, boğulub öldü  |     11:31 Piyadalar üçün də nəqliyyat qaydaları sərtləşdirilir, cərimələr artırıla bilər - Açıqlama  |     11:21 Hərbi hissəni özbaşına tərk edən şəxs Rusiyadan Azərbaycana gətiriləcək  |     11:16 Bakıda üç nəfər kirayədə yaşadıqları evdə bıçaqlanıb  |     23:01 Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov  |     22:54 Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?  |     22:49 Dumanlı havada obyektlər daha uzaqdakı kimi görünür - Ekspert  |     22:41 Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - Video  |     22:36 Bu ölkədə vətəndaş müharibəsi yenidən başlaya bilər - BMT-dən təcili çağırış  |     22:29 Pul verib ixtisas seçdirənlərə - Çağırış etdi  |     22:27 Bu 4 BÜRCÜ böyük dəyişiklik gözləyir  |     22:17 Sumqayıtda FACİƏ: gənc qız binadan düşüb ÖLDÜ  |     22:09 Güzdəkdə daş karxanasında FACİƏ: fəhlə öldü  |     22:04 Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi  |     22:03 "Qarabağ"dan üç qollu qələbə  |    
Left Banner
Right Banner

Piyadalar üçün də nəqliyyat qaydaları sərtləşdirilir, cərimələr artırıla bilər - Açıqlama

18.08.2026 11:31 189
Piyadalar üçün də nəqliyyat qaydaları sərtləşdirilir, cərimələr artırıla bilər - Açıqlama
Yol hərəkətində məsuliyyət yalnız sükan arxasında olan şəxslərin üzərinə düşmür. Piyadaların da yol hərəkəti qaydalarına əməl etməməsi bəzən ciddi qəzalara səbəb olur. Avropanın bir sıra ölkələrində piyadaların qayda pozuntularına görə tətbiq edilən cərimələrin məbləği kifayət qədər yüksəkdir.

Bəs Azərbaycanda qaydaları pozan piyadaları hansı cəza gözləyir?

Mövzu ilə bağlı Median.Az-a danışan vəkil Əkrəm Həsənov bildirib ki, Azərbaycan qanunvericiliyində də piyadaların yol hərəkəti qaydalarını pozmasına görə inzibati məsuliyyət müəyyənləşdirilib:

“Piyada yolu bunun üçün nəzərdə tutulmayan hissədən keçərsə, svetoforun qadağanedici siqnalına məhəl qoymazsa və ya nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradarsa, inzibati məsuliyyət daşıya bilər. Qanunvericiliyə əsasən, bu cür hallarda piyadalar üçün, bir qayda olaraq, 20 manat məbləğində cərimə nəzərdə tutulur. Qayda pozuntusunun nəticəsində yol-nəqliyyat hadisəsi baş verərsə və ya sürücülər üçün təhlükəli vəziyyət yaranarsa, məsuliyyətin xarakteri də dəyişə bilər. Burada əsas məqsəd insanları cəzalandırmaqdan daha çox, təhlükəli davranışların qarşısını almaqdır. Lakin praktiki baxımdan bəzi piyadalar cərimənin məbləğini ciddi hesab etmədiyindən yol hərəkəti qaydalarına lazımi səviyyədə əməl etmirlər”.

Vəkil qeyd edib ki, xüsusilə nəqliyyatın intensiv olduğu yollarda piyadaların qəfil şəkildə yolu keçməsi təhlükəli nəticələrə gətirib çıxara bilər:

“Piyadaların təhlükəsizliyinin təmin olunması üçün yalnız cərimə mexanizminin sərtləşdirilməsi kifayət etmir. Piyada keçidlərinin daha əlçatan və düzgün yerlərdə təşkil olunması, nəzarət imkanlarının genişləndirilməsi, eləcə də uşaqlar arasında yol hərəkəti qaydaları ilə bağlı maarifləndirmənin artırılması mühüm əhəmiyyət daşıyır. Bir sıra Avropa ölkələrində yüksək cərimələr və effektiv nəzarət insanların yol davranışına təsir göstərir. Azərbaycanda da mövcud hüquqi mexanizmlərin ardıcıl tətbiqi ilə yanaşı, yol mədəniyyətinin formalaşdırılmasına xüsusi diqqət yetirilməlidir”.

Aysel Elnur
скачать dle 11.3
Mojo.az Banner